Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ"ın mövsümdə 100-cü qolunu Qurban Qurbanovun oğlu vurub

"Qarabağ" klubu cari mövsümdə 100-cü qol həddini keçib.

"Report"un məlumatına görə, yubiley topunu səfərdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyununda baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub.

20 yaşlı forvard komandasının ikinci qoluna imza atıb. 101-ci topu isə 90+3-cü dəqiqədə Ramil Şeydayev öz aktivinə yazdırıb.

"Köhlən atlar" Azərbaycan Premyer Liqasında 68, ölkə kubokunda 15, UEFA Konfrans Liqasında isə 18 dəfə rəqib qapılarına yol tapıb.

Ağdam təmsilçisi daxili yarışlarda 83 dəfə qol sevinci yaşayıb. Azərbaycan Premyer Liqasında 8, ölkə kubokunda 2, Konfrans Liqasında 1 dəfə böyükhesablı qələbə əldə edən komandanın daxili yarışlardakı qollarının sayını 100-ə çatdırması real görünmür.

"Qarabağ" mövsümün sonunadək daha 2 oyun keçirəcək. Ağdam komandası mayın 21-də sonuncu turda "Neftçi" ilə, mayın 27-də isə Azərbaycan Kubokunun finalında "Zirə" ilə görüşəcək. Daxili yarışlarda 100 həddinə çatmaq üçün bu görüşlərdə 17 qol vurmaq lazımdır.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar