Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyaya qarşı altıncı sanksiyalar paketi müzakirə ediləcək

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiya-Ukrayna müharibəsi ətrafında son hadisələri müzakirə etmək üçün bu gün Brüsseldə görüşəcəklər.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

İclasın gündəliyinə müharibənin nəticələri və Rusiyaya qarşı hələlik konsensusun əldə olunmadığı, enerji resurslarının ixracı qadağasının salındığı yekun sanksiyalar paketi də daxildir.

Nazirlərin görüşü Aİ liderlərinin mayın 30-31-də keçirilməsi planlaşdırılan sammitindən əvvəl keçirilir.

Nazirlər Brüsselin strateji əhəmiyyət verdiyi Qərbi Balkan ölkələri ilə əlaqələrin inkişafı, təhlükəsizlik, investisiya və genişlənmə kimi məsələləri müzakirə edəcəklər.

Aİ-nin yüksək rütbəli nümayəndəsi Rusiyanın regiondakı müharibəsinin nəticələrinin aradan qaldırılmasında Qərbi Balkan ölkələrinə dəstəyin müzakirə ediləcəyini bildirib.

Görüşdən sonra Aİ-yə üzv ölkələrin xarici işlər naziri Qərbi Balkan ölkələrinin xarici işlər nazirləri ilə qeyri-rəsmi naharda görüşəcək.

Günortadan sonra keçiriləcək görüşdə nazirlər Ukraynadakı müharibə və əlaqədar hadisələri müzakirə edəcəklər.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar