Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb - Foto

MDB Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikası xarici işlər naziri v.i.e Vladimir Norov ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər, iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafını razılıqla qeyd ediblər. Ölkələrimiz arasında bir sıra istiqamətlər üzrə, o cümlədən iqtisadi, ticarət, humanitar, mədəni və digər sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addımların atıldığı bildirilib və əlaqələrin daha da inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Nazir Vladimir Norov, Özbəkistanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verdiyini vurğulayıb. O, qarşılıqlı səfərlərin və təmasların ikitərəfli əlaqələrin inkişafına verdiyi müsbət töhfəni qeyd edib. Həmçinin elm və təhsil sahəsində əməkdaşlığı qeyd edən Vladimir Norov, Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin sevə-sevə oxunduğunu, Azərbaycanda isə dahi özbək şairi Əlişir Nəvainin orta məktəblərdə tədris edildiyini məmnunluqla vurğulayıb.

Ceyhun Bayramov iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafını, habelə yüksək səviyyədə siyasi dialoqun mövcud olduğunu qeyd edib. O, Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə verdiyi davamlı dəstəyə görə təşəkkürünü ifadə edib.

Nazir həmkarına bölgədə mövcud olan münaqişə sonrası vəziyyət, bərpa və quruculuq işləri, sülh quruculuğu istiqamətində atılan addımlar ilə bağlı məlumatlandırıb. O, bölgədəki bütün kommunikasiyaların açılmasının həm bölgə ölkələri, həm də yaxın bölgələr üçün əhəmiyyətindən bəhs edib, xüsusilə də Zəngəzur dəhlizinin Mərkəzi Asiya ölkələri üçün faydasını qarşı tərəfin diqqətinə çatdırıb.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar