Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bakıda yeni tikililərdəki mənzillər bahalaşmaqda davam edəcək?

Bakıda yeni tikililərdə evlərin qiyməti sürətlə bahalaşır. Hətta qiymətlər o qədər yüksəlir ki, yeni evlənən şəxslər ya kirayədə qalır, ya da köhnə tikililərdən mənzil almağa məcbur olurlar. 

2021-ci ilin aprel ayından 2022-ci il aprel ayına kimi olan müddətdə Azərbaycanın yeni mənzil bazarında aylıq 26,47, illik isə 52,65 faiz artım baş verib.

PİA.az bizim.media-ya istinadən xəbər verir ki, mövzu ilə bağlı sualını cavablandıran əmlak üzrə ekspert Nüsrət İbrahimli söyləyib ki, yeni tikilən mənzillərdə qiymət artımı tikinti materiallarının idxalı və daxildəki enerji daşıyıcıları və əmək haqqlarının artmasından asılı olaraq dəyişir:

"Bu amillər tikintidə maya dəyərinin artmasına səbəb olur və maya dəyəri artdığı üçün təbii ki, satış qiymətləri də artır. Ötən ilin tikinti materialları qiymətləri ilə müqayisə aparsaq görərik ki, daşın qiyməti 9,09, dəmir 20,83, taxta 15, sementin qiyməti 9,02 faiz artıb. Yeganə artmayan tikinti materialı qumdur".

Nüsrət İbrahimlinin fikrincə, tikinti materiallarını həm Azərbaycan özü istehsal edir, həm də xaricdən alır. Qiymət artımlarındakı kəskin fərqlər də məhz bununla bağlıdır.

Ekspert qiymət artımına bankların apardığı kredit siyasətinin də təsir etdiyini bildirib:

"1970 -ci ilə kimi tikilmiş mənzillərin alınmasına heç bir bank kredit vermir. Həmçinin sığorta şirkətləri onların plan üzrə söküləcəyindən ehtiyat edərək belə mənzilləri sığortalamaqdan da imtina edirlər. Belə olduğu təqdirdə müştərilərin yeni tikililər almaqdan başqa çıxış yolları qalmır. Bu tələbat da yeni tikililərin qiymətində kəskin artıma səbəb olub".

Ekspert tələbatın artmasında siyasi amillərin də rol oynadığını qeyd edib. Nüsrət İbrahimlinin fikrincə, müharibə səbəbindən Rusiyadan, Ukraynadan soydaşlarımızın geri dönməsi də əmlak bazarında qiymətlərə təsir edib.

pia.az 


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular" - Şahbaz Quliyev

Qiymətlərin dağ başına çıxdığı Azərbaycanda kasıb əhali bir ildə iki dəfə azalıb - Statistika belə deyir...

Paşinyan Kremldən KTMT qüvvələrinin İrəvana yeridilməsini xahiş edib

İran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı bəzi faktlar - Yenilənib

Ermənistanda müxalifətin aksiyaları güclənir... - Paşinyan devrilə bilər?

Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq mümkün deyil - Zelenskinin ofisi

Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - Dosye

“Azərbaycanda məmurlar qanunlara tüpürürlər” - Ekspert hərbiçilərə veteranlığın verilməməsinə görə od püskürdü...

"Heç kim Putinin qoyduğu sülh şərtlərini qəbul etməyəcək" - Şolts

Kürdəmir Regional Mədəniyyət idarəsində dövlət büdcəsindən mənimsəmələr...

Ən çox oxunanalar