Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Quş əti və yumurta istehsalçılarının şikayətinə DGK-dan cavab: “Türkiyəyə sorğu göndərilib”

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının quş əti və yumurta istehsalçıları ilə bağlı qurumdan şikayətinə cavab verib.

DGK-dan cavab olaraq bildirilib ki, müraciətdə qeyd olunan quşçuluq avadanlıqları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun şəkildə idxal gömrük rüsum dərəcəsi tətbiq edilərək malların gömrük rəsmiləşdirilməsi həyata keçirilir:

 
“Həmçinin, idxal olunan avadanlıqlar “Azad ticarət zonasının yaradılması haqqında” Sazişin müddəalarına uyğun olduqda və “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, sərbəst ticarət rejiminin təqdim edilməsi məqsədilə Sazişin iştirakçısı olan dövlətin CT-1 formalı mənşə sertifikatının əsli təqdim edildikdə idxal gömrük rüsumundan azad olunur.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.32-ci maddəsinə uyğun olaraq, quşçuluq üçün avadanlıqlara əlavə dəyər vergisindən azadolma tətbiq edilir.

Əlavə olaraq bildiririk ki, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalının əlavə dəyər vergisindən azad olunması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə uyğun olaraq tənzimlənir.  Belə ki, Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununa əsasən, həmin maddə yeni redaksiyada verilərək müvafiq siyahıya uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulub. 

Eyni zamanda, həmin siyahının hazırlanması ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması Nazirlər Kabinetinin 15 yanvar 2022-ci il tarixli 47s nömrəli Sərəncamının 4-cü hissəsinə əsasən, İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb. 

Qeyd edək ki, mövcud siyahı Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra bu məqsədlə ölkə ərazisinə idxal olunacaq kənd təsərrüfatı təyinatlı avadanlıqlar kodlar üzrə mal mövqeyi baxımından əlavə dəyər vergisindən azad ediləcək”.

“Türkiyə Respublikasından idxal olunan birgünlük cücələrin dəyərinin aşağı bəyanolunması ilə bağlı Dövlət Gömrük Komitəsinə daxil olan müraciət əsasında DGK tərəfindən cari ilin fevral ayının 24-də Türkiyə Respublikasına sorğular göndərilib. Sorğu nəticəsində qeyd olunan fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun şəkildə müvafiq addımlar atılacaq.

Assosiasiyanın dəyərlə bağlı iddialarına onu da əlavə edək ki, gömrük dəyəri kimlərinsə diktəsi və ya monopolist istəkləri ilə deyil, müvafiq sorğuların nəticəsi əsasında formalaşdırılır.
Dövlət Gömrük Komitəsinin Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının müraciətlərinə reaksiya vermədiyi barədə iddialara gəlincə isə bildiririk ki, adıçəkilən assosiasiyadan cari ildə bir müraciət daxil olub və Komitənin müvafiq qurumu tərəfindən ətraflı cavablandırılıb.  

Onu da qeyd edək ki, biznes mühitinin daha da yaxşılaşdırılması, gömrük işinin səmərəli təşkili məqsədilə Dövlət Gömrük Komitəsi biznes-gömrük dialoquna xüsusi önəm verir və əməkdaşlığın daha da gücləndirilməsi üçün mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir, onların müraciətlərinin operativ şəkildə cavablandırılması istiqamətində bütün zəruri addımlar atılır”, - deyə qeyd edilib.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar