Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya iqtisadiyyatının tənəzzülü: Risklər artır, dollar qiymətə minir…

Əlbəttə ki, əsas önəmli məsələ inflyasiyadır. Yəni inflyasiya ilə tənəzzülün eyni zamanda yaşanmasıdır...

Levent Yılmaz
“Yeni Şafak” qəzeti, Türkiyə, 12 may, 2022-ci il

Dünya iqtisadiyyatının qarşı-qarşıya qaldığı sınaqlar hər gün yeni sıxıntıları da bərabərində gətirir. Rusiya-Ukrayna müharibəsi ilə ortaya çıxan yeni problemlər isə işləri daha da zorlaşdırır.

Böyümə təxminləri aşağı endirilir

Müharibə nəticəsində ortaya çıxan problemlər dünya iqtisadiyyatının böyümə təxminlərinin də aşağı salınmasına səbəb olub. Son olaraq Beynəlxalq Valyuta Fondu (IMF) aprel ayında dərc etdiyi Dünya İqtisadi Artım Hesabatında dünya iqtisadiyyatının böyümə təxminləri 4,4%-dən 3,6%-ə endirilib. Hesab edirəm ki, bu təxmin də nikbinliyə köklənmiş təxmindir. Çünki bu təxminin hesablanması aparılırkən müharibənin qısa müddətdə bitəcəyi ehtimal olunurdu. Ancaq indi görünür ki, müharibə gözləndiyindən daha çox uzanacaq.

Qlobal iqtisadiyyatda risklər artır

Beynəlxalq Valyuta Fondunun “Müharibə Qlobal iqtisadiyyatın bərpasını gecikdirir” başlıqlı hesabatının digər önəmli nöqtəsi mövcud inkişafların infliyasiyanı daha da tətikləməsinin təsbit olunmasıdır. Mərkəzi banklar özlərinin pul siyasətində önləmləri artırsalar da, pandemiyanın davam edən təsirləri və müharibənin əlavə olaraq yaratdığı problemlər səbəbindən bir çox iqtisadiyyatların məhdud maliyyə siyasətlərinə sahib olmaları düşünülür.

Əlbəttə ki, əsas önəmli məsələ inflyasiyadır. Yəni inflyasiya ilə tənəzzülün eyni zamanda yaşanmasıdır. Spn vaxtlar başda FES olmaqla Mərkəzi Bankların attdığı möhkəmləndirici addımlar, Rusiya-Ukrayna müharibəsinə bağlı proseslər və tədarük zəncirində yaşanan problemlər iqtisadiyyatların daralma riskini artırır. Bundan başqa eyni risklər inflyasiya sahəsində də təzyiqləri artırır.

1 dollar 1 avro olacaqmı?

Bu sual daha çox Türkiyə iqtisadiyyatı üçün kritik önəm daşıyır. Çünki dollarla avro arasımda dəyər məzənnəsinin azalması bir çox sektorda gəlirliliyin aşağı düşməsinə səbəb olur və özəlliklə bəlli sektorlardakı ixracatçıların işləeini çətinləşdirir.

Bilindiyi kimi, dünyada enerji, metalalr, qida və xammalaların ticarətləri ABŞ dolları ilə həyata keçirilir. Türkiyə ixracatının əsas hissəsi isə avro ilə gerçəkləşdirlir.

FES-in dolları möhkəmləndirmə siyasəti davam edərkən, Avropa Mərkəzi Bankı daha ləng hərəkət edir və dollar digər valyutalar qarşısında dəyər qazandığı kimi, avro qarşında da qiymətə minir. Hazırda 1 dollar 1,05 avro səviyyəsindədir. Lakin 2017-ci ildə bu avro dollar qarşısında 1,25 səviyyəsinə qədər yüksəlmişdi. Qarşıdakı günlərdə isə 1 avronun 1 dollara qədər dəyər itirəcəyi proqnozlaşdırılır. Bu isə Türkiyə iqtisadiyyatında ixracatın gəlirliliyini daha da azaldacaq ki, bizim də bu vəziyyəti yaxından təqib etməyimiz gərəkir.

Orijinal

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar