Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin və Rusiya Ukrayna müharibəsindən simalarını qoruyaraq çıxa biləcəkmi?

Qərbdən eşidilən “Rusiya məğlub olmalıdır”, çağırışları fonunda Putinin özünün və Rusiyanın simasını qoruyaraq Ukrayna böhranından çıxmaq yolları və imkanları qalıbmı?..

Politoloq: “Rusiya Ukraynada istədiyinə nail ola bilmədi və belə görünür ki, nail ola bilməyəcək də. Bu da təbii olaraq Rusiya-Ukrayna müharibəsinin sonu ilə bağlı bir çox versiyalar və ehtimallar formalaşdırır”.

“Hazırda Rusiyanın üzləşdiyi vəziyyət çox mürəkkəbdir və hesab etmək olar ki, yay və payız aylarında bu vəziyyət daha da ağaırlaşacaq”.

Bu sözləri politoloq Fərhad Məmmədov Rusiyanın Ukraynada üzləşdiyi vəziyyəti PİA.az-a şərh edərkən deyib.

Ukraynada müharibə də, danışıqlar prosesi də dalana dirənmiş kimi görünür. 9 mayda Moskvada keçirilən paraddan gorüntülər isə belə bir mənzərəni ortaya qoydu ki, istər Rusiya rəhbərliyi, genralitet və iqtisadi funksionerlər, istərsə də Rusiya cəmiyyəti bütün anlamlarda ciddi böhran yaşamaqdadırlar.

Artıq Rusiya təbliğatçıları da etiraf edirlər ki, Ukraynada qələbə qazanmaq ya çox uzanacaq, ya da mümkün olmayacaq. Bu məğlubiyyətdən qaçmaq üçünsə Rusiya təbliğatçıları taktiki nüvə silahından istifadənin vacibliyini ortaya qoymaqdadırlar və bu fikir Rusiya auditoriyasında son zamanlar tez-tez təkrarlanmaqdadır. Yaranmış vəziyyətdə Putinin özünün və Rusiyanın simasını qoruyaraq Ukrayna böhranından çıxmaq yolları və imkanları qalıbmı?

Əgər belə bir imkan yoxdursa, ya da Qərb Putinə belə bir imkan verməyəcəksə və Consonun söylədiyi ki, “Rusiya məğlub olmalıdır” tezisi ilə hərəkət edəcəksə, onda Rusiya və Ukrayna müharibəsinin sonu hansı ehtimal versiyalarda mümkün ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı siyasi analitik, “Valday” Diskusiya Klubunun eksperti Fərhad Məmmədovla müzakirə edib.

Fərhad Məmmədov: “İndiki şəraitdə ya Rusiya yeni şərtlərə uyğunlaşmalıdır, yəni rus xalqı çətinliklərə alışmalı və yoxluqlarla barışmalıdır, ya da da yaranmış sosial-iqtisadi yoxluqlar fonunda rus xalqı narazılığını ifadə etmək üçün küçələrə çıxmalıdır”.

Putin bütün gözləntilərə baxmayarq hələ ki, ümummilli səfərbərlik elan eləmədiyinə diqqət çəkən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, səfərbərlik hakimiyyətin reytinqinə ciddi şəkildə təsir edəcək, digər tərəfdən isə NATO-ya meydan oxuyan Rusiyanın zəif Ukrayna qarşısında gücsüzlüyünü nümayiş etdirəcək. Bundan başqa səfərbərliklə bağlı başqa bir problem də, yeni qurulacaq olan hərbi birləşmələrin təchizat məsələsidir. Fərhad Məmmədovun fikrincə Qərb liderləri tərəfindən Makronun qarşısına qoyulan vəzifə isə odur ki, Fransa prezidenti sonuna qədər Putini nüvə silahından istifadə eləmək fikrindən daşındırsın:

“Hazırda Rusiya və Ukrayna müharibsənin sonunun pronozlaşdırılmasının mümkünsüzlüyü məhz göstərdiyiniz amillərlə bağlıdır. Çünki Rusiya Ukraynada istədiyinə nail ola bilmədi və belə görünür ki, nail ola bilməyəcək də. Bu da təbii olaraq Rusiya-Ukrayna müharibəsinin sonu ilə bağlı bir çox versiyalar və ehtimallar formalaşdırır. Ancaq bu versiyalardan hansının qismən də olsa reallaşacağını söyləmək hazırkı vəziyyətdə çətindir. Ola bilsin ki, proses bir çox versiyaların fraqmentlərinin birləşməsi yekunlaşsın, lakin biz bunu müharibədə bir müddət sonra kimin üstünlüyü əldə etməsi ilə pronozlaşdıra bilərik. Hazırda Rusiyanın üzləşdiyi vəziyyət çox mürəkkəbdir və hesab etmək olar ki, yay və payız aylarında bu vəziyyət daha da ağaırlaşacaq. Çünki sanksiyaların təsiri özünü may ayından sonra göstərməyə başlayacaq və Rusiyada sürətlə öz ehtiyyatlarını, istər texnologiya, istərsə də digər sahələrdə tükətməkdədir. Hətta vəziyyət o yerdədir ki, Rusiyada kağız çatışmamazlığı kritik səviyyədədir.

İndiki şəraitdə ya Rusiya yeni şərtlərə uyğunlaşmalıdır, yəni rus xalqı çətinliklərə alışmalı və yoxluqlarla barışmalıdır, ya da yaranmış sosial-iqtisadi yoxluqlar fonunda rus xalqı narazılığını ifadə etmək üçün küçələrə çıxmalıdır. Böyük ehtimalla rus xalqının hamısı olmasa da, bir hissəsi bu siyasətə qarşı çıxacaq.

Fərhad Məmmədov: “Rusiya siyasi hakimiyyətinin müharibəni dayandırmaq fikri yoxdur. Rusiya üçün artıq vaxt önəmli deyil və belə görünür ki, Rusiya hətta aktiv hücum mövqelərindən müdafiə mövqeyinə keçərək tutduğu əraziləri əlində saxlamağa çalışacaq”.

Buna görə də Putin bütün gözləntilərə baxmayarq hələ ki, ümummilli səfərbərlik elan eləmir. Çünki bu səfərbərlik hakimiyyətin reytinqinə ciddi şəkildə təsir edəcək, digər tərəfdən isə NATO-ya meydan oxuyan Rusiyanın zəif Ukrayna qarşısında gücsüzlüyünü nümayiş etdirəcək. Bundan başqa səfərbərliklə bağlı başqa bir problem də yeni qurulacaq olan hərbi birləşmələrin təchizat məsələsidir. Söhbət həm silah və texnika, həm də hərbiçilərin digər ehtiyaclarının təmin olunmasından gedir. Sanksiyalar nəticəsində Rusiyanın silah və texnika istehsalına ağır zərbə vurulub. Demək olar ki, bu sanksiyalar var olduğu müddətcə Rusiya bur çox silahları istehsal edə bilməyəcək. Rusiyanın bu silah və texnikanı xaricdən ala bilməsi də heç inandırıcı görünmür. Bu isə səfərbər edilərək cəbhəyə göndərilən gəncləri sadəcə ölümün ağuşuna atmaq demək olur. Ağır itkilər fonunda cəbhədə ölən, ya da orda olan gənclərin yaxınları hakimiyyətə qarşı çıxa bilərlər ki, bu da hakimiyyətin əsas qorxularından biridir. Çünki iğtişaşların başlaması həm Rusiyanı, həm də Putin hakimiyyətini tamamilə başqa bir reallığa sürükləyə bilər.

Cəbhədə yaranana vəziyyətə gəlincə isə, görünən odur ki, Rusiya siyasi hakimiyyətinin müharibəni dayandırmaq fikri yoxdur. Rusiya üçün artıq vaxt önəmli deyil və belə görünür ki, Rusiya hətta aktiv hücum mövqelərindən müdafiə mövqeyinə keçərək tutduğu əraziləri əlində saxlamağa çalışacaq. Artıq Rusiyadan səsləndirilən ritorikada bu prinsipə söykənməyə başlayıb. Ola bilər ki, Çeçenistanda olduğu kimi biz müharibənin illərlə uzanmasının şahidi olaq. Yəni Rusiya artıq müharibəni qurtarmaq üçün əlverişli zamanı güdükləməyə başlayacaq.

Qərb də öz növbəsində Rusiyanın zəif və açıq yerlərinə zərbələr endirərək müharibəni tezliklə bitirməyə çalşır. Məsələ ondadır ki, Ukraynada Çeçenistan variantını gerçəkləşdirmək çətin ki, mümkün olsun. Çünki Ukraynanın bir mərkəzdən idarə olunan döyüşkən və intizamlı ordusu var. Bu ordunun təchizatını isə çeçenlərlə müqayisə belə etmək olmaz. Bu durumda tükənməsi gözlənilən tərəf də Ukrayna deyil, məhz Rusiyadır. Ona görə də Ukrayna cəbhəsində yaxın bir neçə ayda baş verəcək inkişaflar müharibənin də Rusiyanın da taleyini həll edə bilər.

Putinin və Rusiyanın öz simasını qoruyaraq müharibən çıxmaq məsələsinə gəlincə isə mən Makronun son bəyanatını xatırlamaq istərdim. Yada salmaq istəyirəm ki, Makron son müsahibəsində bildirib ki, biz Rusiyanı məğub etməyə deyil, müharibəni bitirməyə və Ukraynanın ərazi bütövlüyünü təmin etməyə çalışmalıyıq. Makron faktiki olaarq demişdi ki, “biz Putinin və Rusiyanın simasını qorumalıyıq”. Makron bildirir ki, Birinci dünya müharibəsindən sonra Almaniyanın aşağılanması ikinci dünya müharibəsini yaratdı. Bu gün aşağılanan Rusiyada 15-20 il sonra daha radikal bir formada Avropanın qarşısına çıxa bilər.

Makron yeganə Avropa siyasətçisidir ki, Putinlə davamlı olaraq telefon əlaqəsi saxlayır və münaqişənin bütün tərəflər üçün məqbul və məğlubiyyət yaratmayacaq variantda həllinə çalışır. Hətta Avropa Birliyinin komissarları belə Putinin və Rusiyanın ağır şəkildə cəzalandırılmasının tərəfdarı olaarq çıxış edirlər.

Fərhad Məmmədov: “Hər şey Ukraynanın bir neçə aydan sonra cəbhədə hansı mövqeyə sahib olmasından asılı olaraq inkişaf edəcək”.

Makrondan fərqli olarq isə Böyük Britaniynın Baş naziri Boris Conson və ABŞ prezidenti Co Bayden Rusiyanın məğlubiyyəti ilə Ukrayna probleminin həllini gördüklərini gizlətmirlər. Onlara görə Putin hərbi cinayətkardır və bunu da dəfələrlə dilə gətiriblər. Ona görə də Putinin və Rusiyanın bu müharibən çıxarkən nə qədər simalarını qoruyub qorumayacaqları da böyük sual altındadır. Bir daha qeyd edim ki, hər şey Ukraynanın bir neçə aydan sonra cəbhədə hansı mövqeyə sahib olmasından asılı olaraq inkişaf edəcək.

Düşünürəm ki, Qərb liderləri tərəfindən Makronun qarşısına qoyulan vəzifə odur ki, o sonuna qədər Putini nüvə silahından istifadə eləmək fikrindən daşındırsın.

Aparılan danışıqların nətcəsi olaraq isə onu deyə bilərəm ki, sülh sazişinin əldə olunması ilə bağlı, hətta atəşkəs belə əldə olunması ilə ortada ümidverici heç nə yoxdur. Çünki hər iki tərəf məhz güc vasitəsi ilə öz istəklərinə nail olmağa çalışır. Hətta bundan əmindirlər də. Bax bu əminlik sülhün əldə olunması qarşısında əsas manedir. Əgər hansı bir tərəfdəsə bu əminliyin səviyyəsi aşağı düşərsə, biz o zaman sülhdən, heç olmasa atəkəsin elan olunmasından danışa bilərik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar