Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pekində yoluxma artır

Çinin paytaxtı Pekində ilk dəfə aprelin 22-də aşkarlanan “Omikron” variantını daşıyan yerli mənşəli yoluxmaların yol açdığı koronavirus epidemiyası davam edir.

Son 24 saat ərzində xəstəliyə 61 əlamətli, 13 əlamətsiz yoluxma halı aşkar edilib.

 Şəhərdə xəstəlik əlamətləri görülən halların sayı ötən günlə müqayisədə iki dəfə artıb.

Yoluxmaların intensiv olduğu Çaoyanq və Şunyi rayonlarında yaşayanların hərəkət məhdudiyyəti davam edir. Hər iki rayonda ictimai nəqliyyatın hərəkəti dayandırılıb, parklar və ictimai yerlər giriş-çıxış üçün bağlanıb, insanlara evlərini tərk etməmək tövsiyə edilib.

Bildirilib ki, şəhərdə uşaq bağçaları, ibtidai və orta məktəblərdə onlayn təhsil davam etdiriləcək, restoranlar yalnız çatdırılma xidməti göstərməyə davam edəcək, idman zalları, kinoteatrlar və digər qapalı əyləncə mərkəzləri bağlı qalacaq.

Bundan əlavə, mayın 12-dən etibarən bütün vətəndaşlardan ictimaiyyət üçün açıq olan qapalı ərazilərə daxil olarkən son 48 saat ərzində edilən koronavirus testinin mənfi nəticəsini, habelə mobil sağlamlıq kodlarını göstərmələri tələb olunacaq.

21 milyondan çox əhalisi olan metropolda Şanxaydakı kimi qapanmanı tələb edəcək yayılma ehtimalı narahatlıq doğurur.(Anadolu)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar