Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yuşşenko Putini və rusiyalıları təhqir etdi, Qarabağı xatırlatdı... - "Onun heç vaxt kişiliyi və ləyaqəti olmayıb"



Baxiş sayı: 3475
Dərc olunub: 02/03/2022 - 12:15
Bölmə: Manşet
 
 
 
Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Putinə və rusiyalılara olduqca sərt ittihamlarla və təhqirlərlə dolu müraciət ünvanlayıb. 

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Rusiya prezidentini təhqir edən Yuşşenko hazırda ölkəsində baş verən faciədə Putin qədər onun əməllərinə səssiz qalan rus xalqının da günahının olduğunu bildirib: 

“Mənim qısa müraciətim heç vaxt kişiliyi və ləyaqəti olmayan kəsə ünvanlanıb. Məlum səbəbdən onun mənim sözlərimi anlayacağına inanmıram. Ancaq onunla bərabər 140 milyon Allahdan qorxan xalq var... Açıq deyirəm, Ukrayna bunu sizə heç vaxt bağışlamayacaq! Siz lənətlənmisiniz! Siz Ukraynanı “azad edən” yox, Ukrayna üçün vəbasınız, cəlladsınız! 

Sizi heç kim çağırmayıb, sizi Ukraynanın heç bir şəhərində, kəndində, evində görmək istəyən yoxdur! Sizi yalnız Ukraynanın çiy torpağı sevinclə qəbul edə bilər və son 7 gündə uğurla bunu edir! Cəhənnəmdə yanacaqsınız!...

SSRİ-nin 70 ili ərzində insanların beyninə bir təbliğat sualı yeridilirdi: “Ruslar müharibə istəyirlərmi?”

Bu gün həmin sualın cavabı qısa və aydındır: “İstəyirlər!” 

Onlar bu müharibələri Dnestryanıda, Abxaziyada, Cənubi Osetiyada, Krımda , Donbassda, bir müddət əvvəldən isə Qarabağda aparırlar. Yeri gəlmişkən bu, Moskoviyanın Ukraynaya qarşı 25-ci müharibəsidir”.

Yuşşenko sonda rusların nə vaxtsa vicdanının oyanacağına ümid etdiyini bildirir və müraciətini Ukraynaya soxulan rus qoşununun ünvanına açıq söyüşlə bitirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar