Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynaya təcavüz dünya iqtisadiyyatına necə təsir edəcək? - Avropada 20 trilyon oğurluq pul var...

"Rusiyanın Ukraynaya hücumu, bu münaqişənin İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibəyə çevrilmə ehtimalı dünya iqtisadiyyatının koronavirus pandemiyasından sonra qısa müddətə olsa belə güclənəcəyinə ümidləri sarsıdıb".

"AzPolitika.info" xəbər verir ki, bu haqda “The Financial Times” qəzeti yazıb. Fevralın 24-də Rusiyanın hücumu maliyyə bazarlarını silkələyib. Qəzet yazır ki, geosiyasi gərginliyin artması yüksək inflyasiyanı və təchizat zəncirində pozuntuları daha da şişirdəcək.

İqtisadçıların fikrincə, münaqişənin biznesə və istehlakçı inamına, xammal bazarına təsirinin dolayısı fəsadları Rusiyayla ticarətin azalmasını, ABŞ və Aİ-nin Moskva üzərinə sanksiyalarının birbaşa təsirini üstələyəcək. Məsələn, enerjinin qiymətləri artmaqda davam edərsə, üç ilə qlobal iqtisadiyyatda ikinci resessiya yaranar.

İqtisadçılar buna görə də izlənəsi vacib məsələlərə diqqət çəkirlər. Birincisi, müharibənin ağırlaşmasından asılıdır. Çünki Rusiya Prezidenti Vladimir Putinin niyyəti bəlli deyil. Təhlilçilər deyirlər ki, o, Kiyevdə hökuməti dəyişmək istəyə, yaxud Avropada beynəlxalq sərhədləri yenidən çəkməyə cəhd eləyə bilər.

“BlueBay Asset Management”in iqtisadçısı Tim Əş Çinin mövqeyinin vacibliyini qeyd edir. Pekin Rusiyaya hərbi münaqişənin maliyyə tərəflərini yoluna qoymaqda kömək vəd edib.

“Çin durumdan yararlanaraq Tayvana da hücum edə, yaxud ABŞ-la münasibətləri düzəltməyi seçə bilər”, – Tim Əş vurğulayıb.

Digər vacib məsələlər bazarların geosiyasi şoka nə dərəcədə duruş gətirəcəyi, inamın nə dərəcədə sarsılacağıdır. Məqalədə deyilir ki, ev təsərrüfatlarının və bizneslərin nə dərəcədə ehtiyatlı davranacağı, az xərcləyəcəyi, daha çox qənaət edəcəyi qlobal iqtisadiyyatda vacib rol oynayacaq.

“Pantheon Macroeconomics”in baş iqtisadçısı artımın azalmasının qaçılmaz olduğunu deyir. “İstehlakçı əhvalı hər yerdə zəifləyəcək... Bu, Avropada, ABŞ və yeni yaranan bazarlarda iqtisadi artımın yavaşıması deməkdir”, – o vurğulayıb.

“Hargreaves Lansdown”dən investisiya və bazarlar üzrə aparıcı təhlilçi Suzanna Striter deyir ki, böhranın nə qədər davam edəcəyindən asılı olaraq bizneslər və istehlakçılar arasında etimada ciddi ziyan dəyəcək.

“The New York Times” qəzetində Pol Kruqman Qərbin Putinə sanksiyalarının effektindən yazıb. Onun fikrincə, Qərb iradə göstərsə, öz korrupsiyası ilə mübarizə aparsa, sanksiyalar effektli ola bilər. Müəllif Rusiyanın bu hücuma görə sonucda ağır bədəl ödəyəcəyini düşünür. Daha kəmər sövdələşmələri, birbaşa xarici investisiya olmayacaq.

İndiliksə... avropalılar Rusiya təbii qazından xeyli asılıdırlar. Bu isə o deməkdir ki, Rusiyanın ixracını tam kəssələr, özlərində qiymətlər qalxar, qıtlıq yaranar.

“Hətta Ukraynanın işğalı belə avropalıları bu cür qurban verməyə inandıra bilməyəcək. Axı, İtaliya Rusiya elitasının sevə-sevə aldığı dəbdəbəli malların sanksiya paketinə salınmasını istəmir...”, – məqalədə deyilir. Məqalədə deyilir ki, dünyanın qabaqcıl demokratiyalarının Rusiyaya qarşı başqa bir güclü maliyyə silahı da var. Onlar Putini əhatələyən oliqarxların xaricdəki sərvətinin ovuna çıxa bilərlər.

Hesablamalara görə, 2015-ci ildə varlı rusiyalıların xaricdə gizlətdiyi sərvət Rusiyada ÜDM-nin 85 faizinə bərabər olub.

“Təsəvvür edin ki, ABŞ prezidentinin yaxın dostları xarici hesablarda 20 trilyon dollar gizlətsinlər”, – yazan müəllif Putin rejiminə nəhəng maliyyə təzyiqi üçün əldə vasitə olduğunu qeyd edir. Məsələ bunu gerçəkləşdirməyə iradənin olub-olmamasındadır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar