Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tərtər qətliamı”nı ictimailəşdirən hüquqşünas həbs olundu

İlham Təhməzova qarşı Cinayət Məcəlləsinin ağır cinayətdə ittiham etməklə böhtan atma maddəsilə hökm çıxarılıb

2017-ci ildə baş vermiş Tərtər hadisələrinin (yüzdən artıq hərbçiyə işgəncə verilməsi və onların bir neçəsinin ölməsi) ictimailəşməsində fəal iştirak edən şəxslərdən biri – hüquqşünas İlham Təhməzov (Aslanoğlu) həbs edilib.

Bu barədə politoloq Ərəstun Oruclu sosial media hesabından məlumat yayıb.

Tərtər qətliamı”nın araşdırılması üçün təyin olunmuş təkrar istintaqın ayyarımlıq fəaliyyəti ilkin nəticəsini verdi: cinayətin açılması üçün əlindən gələni edən hüquqşünas İlham Aslanoğlu xüsusi ittiham qaydasında 5 ay müddətinə azadlıqdan mərhum edildi.

Nəsə başqa bir şey gözləmirdik. Çünki Tərtər qətliamını törədən hakimiyyət başqa cür edə də bilməz. Amma bu, heç də illərdir mübarizə aparanları geri çəkilməyə məcbur edə bilməz və bilməyəcək. Bütün həbslərə, təhdidlərə, pozuculuq əməllərinə baxmayaraq, “Tərtər cinayəti” açılacaq. Çünki o, sadəcə, cinayət deyil, xalqın mövcudluğuna qarşı törədilmiş qəsddir”, – Ərəstun Oruclu bildirib.

İlham Təhməzov yanvarın 28-də məhkəmə zalında həbs olunub. Hadisə Yevlax Rayon Məhkəməsində baş verib. Xəbəri Meydan TV-yə məhkəmədəki mənbə də təsdiqləyib.

“İlham Təhməzova qarşı Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə hökm çıxarılıb. Hökmü məhkəmənin sədri Toğrul Əliyev çıxarıb. Bu iş üzrə birinci dəfə məhkəmənin hazırlıq iclası yanvarın 24-də keçirilib. İkinci dəfə də bu gün bir iclas keçirilib. Bu gün (yanvarın 28-də-red.) günorta saat 12 radələrində də məhkəmə zalında hökmün elanıyla həbs edilib”, – mənbə bildirib.

Onu 44 günlük müharibədə həlak olmuş Vasif Quliyevin atası Tahir Quliyev xüsusi ittiham qaydasında məhkəməyə verib. Səbəb isə budur ki, İlham Təhməzov Vasif Quliyevin 2017-ci ildə Tərtər hadisələri zamanı baş leytenant Adil Sabirliyə işgəncə verdiyini deyib.

Adil Sabirli işgəncə nəticəsində ölən hərbçilərdən biridir. (arqument.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar