Çərşənbə axşamı, 24 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İlham Əliyev Qazaxıstan Prezidentinə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

“Nur Otan” Partiyasının sədri seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Bizim dost ölkələrimiz arasında münasibətlər bu gün uğurla inkişaf edir, birgə layihələr fəal surətdə həyata keçirilir. Biz Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığı bundan sonra da dərinləşdirmək əzmindəyik.

Azərbaycanın və Qazaxıstanın hakim partiyaları – Yeni Azərbaycan Partiyası və “Nur Otan” Partiyası arasında əməkdaşlığın müsbət dinamikasını və fəal dialoqu məmnuniyyətlə qeyd etmək istərdim. Partiyalararası əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir.

Əminəm ki, rəhbərlik etdiyimiz partiyalar arasında sıx qarşılıqlı fəaliyyət xalqlarımızın mənafeyi, ölkələrimizin firavanlığı naminə bundan sonra da dinamik inkişaf edəcək və dərinləşəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, Qazaxıstanın qardaş xalqına isə sülh və firavanlıq arzu edirəm”.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

İstanbulun mərkəzində atışma - Tanınmış Azərbaycanlı aktyor Türkiyədə qətlə yetirildi - Video, Yenilənib

Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı - Fotolar

“Bəs sən niyə boşanmısan, oturub içərdin də kişinin ayaq suyunu?!” - Aparıcıya sərt reaksiya

Aslan İsmayılov: “”Topaz”, “Poz, qazan” ailələri dağıdır, anaları, bacıları ağlar qoyur”

Cahangir Əsgərovun həyat yoldaşı 5,3 min kvadrat metr sahəsi olan obyekt tikdirir - Fotolar

ADAU-da nəğmə müəllimi tarix fənnindən dərs deyir - Tələbələr prezidentə müraciət etdi...

“Kiçik qığılcımın” yaratdığı böyük təhlükə – III Dünya Müharibəsi hər an başlaya bilər

"Chessable Masters": Şəhriyar Məmmədyarov mübarizəni dayandırıb

Türkiyə lideri: “Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur”

“Səfər dəhlizi”: Gömrükdə sensasion kosmetika əməliyyatı...

Ən çox oxunanalar