Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azad olunmuş ərazilərdə turizm zonalarının minalardan təmizlənməsinə başlanacaq

"Keçən il ərzində 20 mindən hektardan çox ərazi minalardan təmizlənib".

PİA.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov bildirib.

R. Məmmədov deyib ki, 2021-ci ilin əvvəlindən işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı təmizləmə işlərinə start verilib: “Bu işlərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, eləcə də fəaliyyət göstərdikləri istiqamətlər üzrə Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müəyyən kontingenti cəlb olunub. Həmin ərazilərdə 52 mindən çox piyada və texnika əleyhinə minalar və partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşdirilib”.

Nazirlər Kabinetinin Aparat rəhbəri nəzərə çatdırıb ki, keçən il ərzində ümumilikdə 95 layihə icra edilib: “Bu layihələrin əsas məqsədi ərazilərdə lazımı əsas infrastrukturun, xüsusilə nəqliyyat, energetika, su təsərrüfatı və digər infrastrukturun yaradılması, ərazilərin iqtisadi dövrəyə buraxılması, xüsusilə kənd təsərrüfatı, sənaye parkları üçün nəzərdə tutulan ərazilərin, eyni zamanda artıq vətəndaşlarımızın bu ərazilərə qayıtması üçün yaşayış yerlərinin bərpası və yenidən qurulması işlərinin aparılması üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Bu işlərin davam etdirilməsi üçün bu ildə bu işlərin daha geniş miqyasda minatəmizləmə işlərinin aparılması nəzərdə tutulub. 2022-ci ildə Nazirlər Kabinetinin təsdiq etdiyi minatəmizləmə planına uyğun olaraq 40 min hektar ərazinin təmizlənməsi nəzərdə tutulur. Yəni keçən ilə nisbətən 2 dəfə artıq bir ərazi təmizlənəcək. Turizm, dağ mədən sənayesi üçün ərazilərin də minalardan təmizlənməsi nəzərdə tutulur. Həmçinin daha geniş miqyasda yaşayış məntəqələrinin bərpası və yenidən qurulması planlaşdırılır”.

R. Məmmədov əlavə edib ki, bu ərazilərin digər yerlərdən daha çox çirkləndiyini nəzərə alaraq, keçən ildən süni intellekt əsasında çalışan, uzaq məsafədən, yəni, havadan mina sahələrinin tədqiqatı sisteminin tətbiqinə başlamışıq: “Bu sahədə ümumiyyətlə Azərbaycan dünyada bu tətbiqdən istifadə edən ilk ölkələrdən biridir. Bu sistemlə minaların yerini dəqiq müəyyən etmək olur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar