Prezident İlham Əliyev Kunio Mikuriyanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
PİA.az-ın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə Kunio Mikuriya “Dostluq” ordeni ilə təltif edilib.
pia.az