Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya imperializmini dayandırmaq üçün cəmi üç addım atmaq kifayətdir - Keçmiş nazir

Polşanın keçmiş xarici işlər naziri: “Regionumuzun təhlükəsizliyinin açarı bu gün Berlindədir”

Rusiya imperializmini dayandırmaq üçün cəmi üç addım atmaq kifayətdir: birincisi, iqtisadi sanksiyalar tətbiq etmək və “Şimal axını” qaz kəmərlərini bağlamaq, ikincisi, şərq cinahının təhlükəsizliyini gücləndirmək, üçüncüsü, Ukraynanı müdafiə silahları ilə təmin etmək.

PİA.az moderator.az-a istinadla xəbər verir ki, bunu Polşanın keçmiş xarici işlər naziri Vitold Vaşikovski “TVP Info” telekanalına müsahibəsində deyib. O qeyd edib ki, Rusiya ilə maraqlarını regionun təhlükəsizliyindən üstün tutan Almaniya isə buna mane olur.

Polşa diplomatiyasının keçmiş rəhbəri, Avropa Parlamentinin deputatı Vitold Vaşikovski ABŞ prezidenti Co Baydenin Polşa prezidenti Anjey Duda və Qərbi Avropanın ən böyük ölkələrinin liderləri arasındakı söhbəti belə şərh edib: 

“Əgər Polşa ilə məsləhətləşmə olmasaydı, o məlumatlandırılmasa və ona dəstək verilməsəydi, bu qeyri-təbii bir şey olardı. “Bu normal vəziyyətdir ki, prezident Bayden müəyyən şübhələrdən sonra, təkcə Ukraynaya münasibətdə deyil, ümumiyyətlə Rusiyanın təcavüzünün qarşısını almaq üçün atılacaq addımlarla bağlı razılaşmalar fonunda aparılan məsləhətləşmələrdə Polşanın vacıb həlqə olması qənaətinə gəlib”.

Vaşikovski Polşanın həm NATO-nun şərq cinahında, həm təcavüzkar Rusiya, həm də təcavüz qurbanı Ukrayna ilə həmsərhəd olan yeganə ən böyük Aİ dövləti olduğuna diqqəti çəkib. O, həmçinin qeyd edib ki, Ukrayna ABŞ-la heç bir rəsmi ittifaqda olmasa da, 1994-cü ildə imzalanmış Budapeşt memorandumuna əsasən onların müəyyən siyasi öhdəlikləri var. “Uzun illərdir ki, onlar həyata keçirilmir. Yaxşı haldır ki, bu gün amerikalılar artıq başa düşüblər ki, Rusiyanın hərbi əməliyyatlarını adekvat şəkildə saxlaya bilməsi üçün Ukraynaya dəstək vermək lazımdır”, - deyə o vurğulayıb.

“Mən dəfələrlə demişəm ki, Rusiya imperializmini dayandırmaq üçün üç addım atmaq lazımdır: birincisi, Rusiyanı silah üçün vəsaitdən məhrum edəcək iqtisadi sanksiyalar tətbiq etmək, məsələn, “Şimal axını” və “Şimal axını-2”ni bağlamaq; ikincisi, şərq cinahının təhlükəsizliyini gücləndirmək, bu da Rusiyanı münaqişəni gərginləşdirməkdən saxlayacaq; üçüncüsü, Ukraynanı ən azı müdafiə silahları, yəni tank əleyhinə, zenit və raket əleyhinə silahlarla təmin etməklə ona özünü effektiv şəkildə müdafiə etmək imkanı vermək”, - deyə Avropa Parlamentinin deputatı izah edib.

Vaşikovski Almaniyanın mövqeyinin, daha doğrusu, onun vetosunun bu baxımdan problemli olduğunu etiraf edib. O, Almaniyanı Ukraynanın və ümumiyyətlə, Mərkəzi və Şərqi Avropa regionunun təhlükəsizliyindən daha çox şəxsi, xüsusən də Rusiya ilə maraqlarına görə qınayıb. “Ukrayna dağılarsa və münaqişə qızışarsa, bu, bizim təhlükəsizliyimiz üçün böyük problemə çevriləcək. Bu suala cavab verərkən qeyd etmək lazımdır ki, regionun təhlükəsizliyinin açarı bu gün Berlindədir. Təəssüf ki, Almaniya və Fransa, əsasən də Almaniya Aİ-də kartlar paylayır. Almaniyanın başçılıq etdiyi Aİ-nin Rusiya ilə birlikdə Avropanın bizim olduğumuz hissəsini idarə etməsi üçün bizi cərimələrlə hədələyərək, Rusiya ilə hegemonluğa və əməkdaşlığa doğru irəliləyirlər”, - deyə Vitold Vaşikokski fikrini yekunlaşdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar