Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT adından böyük saxtakarlıq: Deputat Eldar Quliyevə fırıldaq gəliblər, yoxsa o, xalqa fırıldaq gəlir?

“Birləşmiş Millətlər Təşkilatının (BMT) UNCOPA adlı qurumu və ya agentliyi yoxdur. Azərbaycan vətəndaşlarına müxtəlif adda mükafatlar verən bu təşkilatın Cenevrədə yerləşdiyi yazılır. Lakin internetdən onun statusu (QHT? Özəl şirkət?) və digər fəaliyyətləri haqqında məlumat tapa bilmədim. Təşkilatın vebsaytı belə yoxdur”.  

Senzor.az bildirir ki, bunları BMT-nin Azərbaycan nümayəndəliyinin əməkdaşı Rəşad Hüseynov bir neçə gün əvvəl öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, təşkilatın verdiyi mükafatların BMT ilə heç bir əlaqəsi yoxdur: “Əlbəttə, bir təşkilat istədiyi adama və ya quruma mükafat verə bilər. Sadəcə bilməyinizi istəyirəm ki, UNCOPA-nın verdiyi mükafatların BMT ilə yaxından-uzaqdan əlaqəsi yoxdur”.
 
“Təəssüf ki, bu hal birinci dəfə baş vermir. Bundan öncə də UNCOPA-dan mükafat almış bəzi dövlət, elm və mədəniyyət təmsilçiləri bunu BMT-nin verdiyini bəyan edib”, - deyə vurğulayan  BMT nümayəndəsi misal olaraq Milli Məclisin deputatı Eldar Quliyevi, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadəni, aktrisa Suğra Bağırzadəni və iş adamı Ruhi Əliyevanı göstərib.
 
Rəşad Hüseynovun sözlərinə görə, yuxarıdakı şəxslər UNCOPA mükafatını BMT-nin Dövlət Xidmətləri Mükafatı ilə səhv sala bilərlər. Amma Azərbaycanda bu mükafata yalnız ASAN Xidmət layiq görülüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar