Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ rəsmi olaraq Rusiyanın təhlükəsizliklə bağlı tələblərini qəbul etməyib

Çərşənbə günü Vaşinqton Rusiyanın onun təhlükəsizliyini təmin etmək tələblərinə cavab verib. Kremlə cavabı ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan göndərib.

Dövlət Departamentində dövlət katibi Entoni Blinkenin jurnalistlərə verdiyi məlumata görə, “Cavablarımız Ukrayna ilə və Avropalı müttəfiqlərimiz və tərəfdaşlarımızla tamamilə razılaşdırılıb”. Bu barədə Turan-ın Vaşinqtondakı müxbiri bildirib.

Hələlik sənədin Rusiya-Ukrayna sərhədində gərginliyin azalmasına səbəb olub-olmayacağı aydın deyil. Blinken qeyd edib ki, “Rusiyanın təhlükəsizliyin pozulmasına yönəlmiş addımları ilə bağlı narahatlıqlar qalmaqdadır. Eyni zamanda, biz ortaq dil tapmaq üçün Rusiyanın dilə gətirdiyi narahatlığa öz təkliflərimizlə cavab verdik”, deyə o qeyd edib.

Sənəddə təsdiq edilir ki, Vaşinqton Moskvanın əsas tələblərini: NATO-nun Baltika və Şərqi Avropa ölkələrində iştirakdan imtina etməsi, Ukrayna və Gürcüstanın isə Alyansa daxil olmaq hüququndan tamamilə məhrum edilməsi tələblərini qəbul etmir.

“Biz NATO-nun qapılarını açıq saxlayacağıq və bu öhdəliyimizi yerinə yetirəcəyik”, deyə Blinken qeyd edib.

Sənəddə həmçinin Ukraynaya qüvvələrin yerləşdirilməsi, həmçinin Avropada nüvə silahlarına nəzarətlə bağlı “qarşılıqlı şəffaflıq tədbirləri” təklif olunur.

“Biz açıq şəkildə bildiririk ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü, həmçinin dövlətlərin öz təhlükəsizlik mexanizmlərini və ittifaqlarını seçmək hüququ da daxil olmaqla, bizim dəstəkləmək və qorumaq öhdəliyi götürdüyümüz əsas prinsiplər var”, deyə Blinken bildirib.

Moskva həmçinin ABŞ-ın Avropadan nüvə silahını yığışdırmasını və 1997-ci ildən sonra alyansa qoşulmuş keçmiş sovet bloklarından qoşunları və silahları çıxarmasını tələb edib.

Vaşinqton bu tələbləri “yersiz” hesab edib. ABŞ-ın cavabında “Rusiya istəsə, irəliyə doğru ciddi diplomatik yol nəzərdə tutulur”, deyən Blinken əlavə edib ki, yaxın günlərdə, Rusiya rəsmiləri Amerikanın cavabını oxuduqda və danışıqlara hazır olduqda, o, Rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparmağa ümid edir.(Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar