Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maqsud Mahmudov tanınmış müğənnini videolarla şantaj edib

Ukraynada tutularaq, Azərbaycana ekstradisiya olunan, dələduzluqda ittiham edilən iş adamı Maqsud Mahmudovun əməllərindən zərər çəkən 90 nəfərin içərisində tanınmış şəxslər də var. Onlar arasında müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmli də var.

A.Fərmanqızı Qafqazinfo-ya açıqlamasında bildirib ki, illər öncə Maqsud Mahmudov onu hədələyərək pul verməsini tələb edib:

“Pul vermədiyim üçün məni şantaj etməyə başladı. Haqqımda pis-pis iftiralar, montaj olunmuş videolar yayırdı. Mən də məcbur olub dövlət qurumlarına müraciət etdim”.

Müğənni Vasif Məhərrəmli isə məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.

Daha bir zərərçəkən isə "E.Mİ-BAKU" MMC-nin rəhbəri Mələk Dəmirtaşdır. O, daha öncə Rusiya vətəndaşı Kseniya Kukova ilə aralarında yaranan 185 min manatlıq pul məsələsi ilə gündəmə gəlmişdi. Kukova mediaya müraciətində qeyd etmişdi ki, Mələk Dəmirtaş və onun əri Maqsudla birgə tədris mərkəzi biznesi ilə məşğul olublar. Biznesə yatırılan 185 min manatı daha sonra Dəmirtaşlar ondan geri tələb ediblər.

Qeyd edək ki, Maqsud Mahmudovun ittiham olunduğu cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinsə hakim Faiq Qəniyevin sədrliyi ilə proses keçirilir.

Külli miqdarda dələduzluq etmək ittihamı ilə axtarışa verilən Maqsud Mahmudov hazırda Cinayət Məcəlləsinin 183.2.2-ci (Xüsusi dəyəri olan əşyaları talama; təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar