Çərşənbə, 25 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Pul hesabatından nə görünür?

Mərkəzi Bankın 2021-ci il hesabatına nəzər salan iqtisadçı Rövşən Ağayev yazır ki, pul multiplikatoru 2014-cü ildən bəri ən aşağı səviyyəyə – 1,75-ə düşüb: “Son 5 ildə həmin göstəricinin 2,8-ə yüksəlməsi qeydə alınmışdı. Hazırkı səviyyə həmin maksimumdan az qala 40 faiz aşağıdır”.

Novator.az-ın məlumatına görə, ekspert pul multiplikatorunun geniş pul kütləsinin (M3) pul bazasına nisbəti olduğunu xatırladır: “Mahiyyəti odur ki, bank sektoru yığımların (depozitlərin) daha sürətlə genişlənməsi hesabına Mərkəzi Bankın emissiya edib sərəncam verdiyi nağd pulun üzərinə nə qədər qeyri-nağd pul kütləsi əlavə edə bilir. İqtisadiyyatdakı pul kütləsi nağd pulla qeyri-nağd pulun cəmindən ibarətdir. Nağd pul deyərkən həmçinin ehtiyatlar və müxbir hesablardakı vəsaitlər nəzərdə tutulur. Qeyri-nağd pul nə qədər böyük həcmdə olursa, pul multiplikatoru da bir o qədər yüksəlir. Hazırda müxtəlif ölkələrdə yaxşı hesab edilən səviyyə 3,5 və daha yüksək göstəricidir.

Reallıqda qeyri-nağd dövriyyənin artıran əsas həlqə bank-maliyyə sektoru olsa da, bu, iqtisadiyyatın potensialına bağlı məsələdir. İqtisadiyyatın bankların əlindəki maliyyə resurslarına tələbatı da, həmin resursların istifadəsi hesabına milli gəliri artırmaq potensialı da yüksək olmalıdır ki, əldə olunan qazancların bir hissəsi qənaətə çevrilib depozit kimi banklara qayıtsın. Nəzəri olaraq emissiya edilmiş hər manat yığıma çevrilə biləcək əlavə 4 manat yarada bilmirsə, deməli, iqtisadiyyatın əlavə dəyər yaratmaq potensialı minimum səviyyədədir.

Mərkəzi Bankın çap maşınının sürəti iqtisadiyyatın potensialından istifadə sürətini çox qabaqlayanda multiplikatorun da səviyyəsi azalır. İqtisadiyyatın real böyümə sürətinin 5 faizdən bir az çox olduğu şəraitdə pul bazası 33 faizə yaxın, qeyri-nağd pul kütləsi 29 faiz artıb”.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Çox keçməz ki, Rusiya qarşısında qalib Ukraynanı görəcək" - Qubad İbadoğlu

Naxçıvan xariqələri: Muxtar Respublikada mebel monopoliyasına Iğdırlı iş adamı baxır

Rektor təyin etmək üçün 150 min manatını aldı: Sabiq vəzifəli şəxsin cinayət əməlləri

144 saylı baxçanın müdiri yarım milyonluq villanı hansı pulla tikdirib? - Fotosənəd

Azərbaycan sosial dövlət anlayışından çıxır? - Zahid Orucdan şərh

“Moskva da, Brüsel də istəyir ki, münaqişə oçağı qalsın” 

"Qanuni oğru”ların bakılı anası: Gizli kazinolar, almaz alveri… 

Ankarada İsveç və Finlandiya heyətləri arasında razılıq əldə olunmayıb - Yenilənib

Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər həyata keçirilməlidir - Toivo Klaar

Ən çox oxunanalar