Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan BMT-də Xocalı soyqırımı canilərinin cəzasız qalması məsələsini qaldırıb

"Gələn ay Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş münaqişə zamanı törədilmiş böyük soyqırımının otuz illiyi tamam olur. Ermənilər tərəfindən Xocalıya hücum və şəhərin tutulması nəticəsində yüzlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və qocalar vəhşicəsinə qətlə yetirilib və ya ağır yaralanıb, girov götürülüb və işgəncələrə məruz qalıb, şəhər isə yerlə-yeksan edilib".

PİA.az xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının “Şəhərlərdə hərbi əməliyyatlar: şəhər şəraitində mülki şəxslərin müdafiəsi” mövzusuna həsr edilən iclasında deyib.

O qeyd edib ki, ötən illər ərzində hərbi əməliyyatların aparılmasını nizamlayan hüquqi baxımdan məcburi normaların möhkəm təməli işlənib hazırlanıb: "İnkişaf etməkdə olan beynəlxalq məhkəmə praktikası beynəlxalq hüququ möhkəmlətməyə kömək edib, ən ciddi cinayətlərə görə təqsirkarların cəzalandırılmasına, belə cinayətlərin təkrarlanmasının qarşısının alınmasına, hüququn aliliyinin təmin edilməsinə, sülhün bərpasına və dünyanın inkişafına şərait yaradıb. Bununla belə, ciddi problemlər hələ də qalır. BMT-nin Baş katibi mülki şəxslərin müdafiəsi haqqında son məruzəsində qeyd edib ki, silahlı münaqişələr hələ də mülki şəxslər arasında böyük itkilərə, yaralanma və psixoloji travmalara, seksual zorakılığa, işgəncələrə, insanların yoxa çıxmasına, habelə evlərin, məktəblərin, bazarların, xəstəxanaların, əsas mülki infrastruktur obyektlərinin zədələnməsinə və dağıdılmasına gətirib çıxarır".

Y.Əliyev bildirib ki, Azərbaycan dinc sakinlərə hücumları və beynəlxalq humanitar hüququn pozulmalarını qətiyyətlə pisləyir: "Şəhər rayonlarında baş verən silahlı münaqişələr mülki əhaliyə və baza strukturuna ciddi ziyan vurur. Bəzən hərbi hədəflər və ya mütənasib hərbi üstünlük olmayan rayonlarda hərbi qüvvə tətbiq edilir, silah tətbiq edilən mülki şəxslər və mülki obyektlər bilərəkdən hədəfə çevrilir. Belə hallarda mülki şəxslər kor-koranə hərəkətlərin yüksək riskinə məruz qalırlar".

Azərbaycanın BMT yanında nümayəndəliyinin rəhbəri qeyd edib ki, 1990-cı illərin əvvəlində Azərbaycan Ermənistan tərəfindən təcavüzün dağıdıcı nəticələrindən ciddi zərər çəkib: "Beynəlxalq humanitar hüquqa uyğun olaraq bütün müharibə dövründə mülki şəxslərin qorunmasının pozulması yeganə və ya təsadüfi hallar olmayıb, çünki Azərbaycandakı mülki şəxslər və müxtəlif yaşayış məntəqələri dəfələrlə belə hücumlara məruz qalıb".

Diplomat deyib ki, mülki əhaliyə, infrastruktur obyektlərinə, yaşayış evlərinə, məktəblərə və xəstəxanalara hücumların tezliyi və vaxtı, onların qəsdən hədəfə alınması, əhalisi sıx olan rayonlara qarşı ağır partladıcı silahların və beynəlxalq səviyyədə qadağan edilmiş bombaların tətbiq edilməsi və bunun doğurduğu dağıntıların miqyası onu göstərir ki, Ermənistan açıq-aşkar Azərbaycanın dinc sakinlərini qorxutmaq və öldürmək, onları öz evlərini və əmlakını qoyub getməyə məcbur etmək niyyətindədir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar