Çərşənbə, 25 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Qazaxıstana yeridilən Rusiya desantçıları bu dəfə Ukrayna sərhədləri yaxınlığında göründü

Rusiya ordusunun yanvarın əvvəllərində KTMT kontingenti tərkibində Qazaxıstana göndərdiyi desant bölmələri bu dəfə Belarus ərazisində, Ukrayna sərhədləri yaxınlığında görünüb. virtualaz.org xəbər verir ki, bu fakta sosial şəbəkələrdə yerləşdirilmiş videorolik əsasında “Conflict Intelligence Team” (CIT) araşdırma qrupu diqqəti cəlb edib.

Xəbər verildiyi kimi, bir neçə gündür Rusiya Belarus ərazisinə də iri qoşun qruplaşmaları və çoxsaylı hərbi texnika cəmləşdirir. Rəsmi olaraq bu cəmləşmə fevralın əvvəllərində başlaycağı bildirilən “Sarsılmaz müttəfiqlik” Rusiya-Belarus birgə təlimləri ilə bağlıdır. Lakin analitiklər diqqəti bu fakta cəlb edir ki, Rusiya qoşunlarının bir hissəsi heç bir hərbi piloqonların olmadığı və Ukrayna ilə həmsərhəd Qomel vilayətində cəmləşir. Belə ki, Rusiyanın Belarusa mümkün hücum istiqamətlərindən biri kimi Belarus istiqaməti nəzərdən keçirilir.

Sosial şəbəkələrdə yayılmış videoda Belarusa göndərilmək üçün dəmir yol platformalarına yüklənən hərbi texnika arasında desantçıların BDM-M və BTR-MDM zirehli maşınları görünüb. Hərbi texnika Bryansk vilayətindən yüklənib və qatar 5 sərnişin vaqonu ilə birlikdə Belarusa yola düşüb. Həmin vaqonlarda təxminən 250 desantçı olduğu təxmin edilir.

CIT müəyyən edib ki, Belarusa 98-ci hava-desant diviziyasının 217-ci qvardiya paraşüt-desant polku göndərilib. Bu qruplaşma yanvarın əvvəllərində KTMT qüvvələri tərkibində Qazaxıstana yeridilmişdi.

“Ukrayna ərazisinə istənilən irimiqyaslı hücumda hava desant qoşunları həlledici rol oynamalıdır: onlar ya arxa cəbhədə strateji obyektləri ələ keçirmək üçün desant əməliyyatlarında iştirak edəcəklər, ya da zərbə piyada qüvvələri qismində”,-araşdırma qrupu bildirir. Qeyd olunur ki, Rusiya bu taktikanı Ukraynaya qarşı 2014-cü ildə tətbiq edib. CIT Rusiyanın Belarus-Ukrayna sərhədlərinə, o cümlədən Kiyevə yaxın Qomel vilayətində qoşun cəmləşdirməkdə davam etdiyini də bildirir. “Situasiya olduqca təhlükəlidir. Hərbi müdaxilə riski olduqca yüksəkdir”,-CIT bildirir.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

İstanbulun mərkəzində atışma - Tanınmış Azərbaycanlı aktyor Türkiyədə qətlə yetirildi - Video, Yenilənib

Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı - Fotolar

“Bəs sən niyə boşanmısan, oturub içərdin də kişinin ayaq suyunu?!” - Aparıcıya sərt reaksiya

“Səfər dəhlizi”: Gömrükdə sensasion kosmetika əməliyyatı...

Cahangir Əsgərovun həyat yoldaşı 5,3 min kvadrat metr sahəsi olan obyekt tikdirir - Fotolar

ADAU-da nəğmə müəllimi tarix fənnindən dərs deyir - Tələbələr prezidentə müraciət etdi...

“Bürc Xəlifə”dən iki dəfə böyük olan asteroid Yerə yaxınlaşır

Ölkədə aparılan kadr islahatları... - Yeni kadrlar gözləntiləri doğruldurmu?

Aleksey Navalnıy: “Ordusu və nüvə silahı olan bu qəddar dəli necə dayandırılacaq?”

“Trampçılar” və Ukrayna savaşı – ABŞ-ın siyasi kulislərində nələr dönür?..

“Poz, qazan” və bu tipli digər oyunlara aludə olmaq problemlərə səbəb olan nəticələr doğura bilər

Qoşqar Təhməzli hökumətin təbliğatını necə alt-üst etdi? – AQTA haqda inanılmaz iddialar

Ən çox oxunanalar