Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycan və Finlandiyanın xarici işlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

Yanvarın 25-də Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Finlandiya Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən PİA.az-a veriilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Finlandiya tərəfdən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru xanım Marya Livala rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı 24 mart 2022-ci il tarixində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi və bu müddət ərzində əldə edilmiş nailiyyətlər məmnunluqla xatırlanıb. Görüşdə ikitərəfli münasibətlərin bütün istiqamətləri və gələcək əməkdaşlıq perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, eləcə də iqtisadi, təhsil, humanitar və informasiya texnologiyaları sahələrində əlaqələrin inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Xələf Xələfov qarşı tərəfə 44 günlük Vətən Müharibəsi, bu xüsusda imzalanmış üçtərəfli bəyanatlar, bölgədəki vəziyyət, işğaldan azad edilmiş ərazilərdə törədilmiş dağıntılar, həyata keçirilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

Marya Livala Azərbaycana səfəri çərçivəsində keçirdiyi maraqlı və məhsuldar görüşlərdən məmnunluğunu bildirib. Finlandiyanın Azərbaycanla iqtisadi, humanitar, sosial və təhsil və digər sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirməkdə, habelə Avropa İttifaqı çərçivəsində birgə layihələrin icra edilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan və Finlandiya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Finlandiyanın 2025-ci ildə ATƏT-ə Sədrliyi ilə bağlı prioritetləri, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Əli Həsənova verdiyim 10 kaseti ermənilər qarşıma qoydular" - Şahbaz Quliyev

İran sərhədçilərinin güllələdiyi azərbaycanlı ilə bağlı bəzi faktlar - Yenilənib

Ermənistanda müxalifətin aksiyaları güclənir... - Paşinyan devrilə bilər?

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt

Azərbaycanda SAT-ın imtahan suallarını satanlar həbs edilib

“Azərbaycanda məmurlar qanunlara tüpürürlər” - Ekspert hərbiçilərə veteranlığın verilməməsinə görə od püskürdü...

"Heç kim Putinin qoyduğu sülh şərtlərini qəbul etməyəcək" - Şolts

Kürdəmir Regional Mədəniyyət idarəsində dövlət büdcəsindən mənimsəmələr...

Azərbaycanda hibrid avtomobillərinə güzəştlər tətbiq edilməyə başlanılıb

Müharibə əlillərinə ayrılan 50 milyon niyə yoxa çıxıb? - Prezidentin fərmanı ilə vəsait ayrılıb, ancaq...

Britaniya kəşfiyyatı: “Rusiya yüksək səviyyəli komandirləri işdən çıxarıb”

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə təbii qazın 50 %-ni Rusiyadan alır"

Ən çox oxunanalar