Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan – Ukrayna münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

Yanvar ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri ölkələrimiz və xalqlarımız arasında mövcud olan tarixi dostluq əlaqələrinin inkişafına xüsusi təkan verib. Səfər çərçivəsində hər iki dövlət arasında bir sıra mühüm sənədlər imzalanıb. Strateji tərəfdaşlığın yeni müstəvidə inkişaf dinamikasının konturları müəyyənləşdirilib.

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov səfərin tarixi əhəmiyyəti ilə bağlı “Respublika” qəzetinə verdiyi müsahibədə ikitərəfli münasibətlərin gələcək perspektlərinə aydınlıq gətirib.

-Əfqan müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfərinin əhəmiyyətini necə dəyərləndirirsiniz ?

-Öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycanla Ukrayna arasındakı dostluq münasibətlərinin kökü uzun əsrlərə söykənir. Tarixin bütün dönəmlərində istər ölkələrimiz, istərsə də xalqlarımız arasında sıx dostluq və qardaşlıq münasibətləri mövcud olub. Tarixə nəzər salsaq görərik ki, istər 1918-ci ildə, istərsə də 1991-ci ildə ölkələrimiz bir birinin dövlət müstəqilliklərini tanıyan ilk ölkələr sırasında olublar. Bu gün Azərbaycanla Ukrayna beynəlxalq arenada strateji tərəfdaşlar kimi tanınırlar.

Müstəqillik tarixlərini qoşa addımlayan hər iki ölkə arasında iqtisadi, siyasi, elmi, mədəni, hərbi-texniki, energetika, nəqliyyat və digər sahələrdə səmərəli əlaqələr qurulub. Qarşılıqlı əlaqələrin möhkəm və etibarlı zəmin üzərində qurulmasında ulu öndər Heydər Əliyevin əvəzolunmaz xidmətləri olub. Belə ki, 1997-ci ilin mart ayında Ukraynaya rəsmi səfər edən ulu öndər Heydər Əliyev ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrini yeni inkişaf mərhələsinə qaldırmağa müvəffəq olub. Həmin vaxtdan bu günədək ölkəmizin xarici siyasətində Ukrayna mühüm yer tutmaqdadır. Ötən dövr ərzində ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə genişlənərək, strateji səviyyəyə çatıb. Siyasi sahədə Azərbaycan və Ukrayna bir-birini həm ikitərəfli, həm də çoxtərəfli formatda dəstəkləyir. Parlamentlərarası münasibətlərdə də yüksək əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin parlamentariləri bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Parlamenti və Avronest çərçivəsində ciddi əməkdaşlıq edir, müstəqil dövlətlərimizin gələcək müqəddaratı naminə eyni mövqedən çıxış edirlər. Ölkələrimiz həmçinin BMT, ATƏT, Avropa Şurası və GUAM çərçivəsində tərəfdaşlıq edirlər.

Yanvar ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrin daha da inkişaf etdirilməsinə dəyərli töhfələr verəcək. Bildiyimiz kimi, müstəqillik tarixini qoşa addımlayan iki ölkə arasında ötən 30 ildə iqtisadi, siyasi, elmi, hərbi texniki, energetika, kənd təsərrüfatı və bir çox sahələri özündə ehtiva edən sıx əməkdaşlıq münasibətləri qurulub. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 860 milyon dollar dəyərindədir. Əminəm ki, ölkə başçısının bu səfərindən sonra ikitərəfli iqtisadi əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

-Budəfəki səfər hansı nüanslarla ilə fərqlənirdi ?

-Bir məqamı xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyev Azərbaycan, Ukrayna münasibətlərinin inkişafına daima xüsusi diqqət ayırır. Bu baxımdan dövlət başçımızın Ukraynaya etdiyi rəsmi və dövlət səfərləri ikitərəfli iqtisadi, siyasi münasibətlərin inkişafina, səmərəli töhfələr vermişdir.

Ötən səfərlərdən fərqli olaraq, bu dəfə əsas müzakirə obyekti kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına yönəlmişdi. Bildiyiniz kimi, bu gün Ukrayna dünyada ən böyük aqrar ölkələrdən biri hesab olunur. Bu baxımdan Azərbaycan öz qida təhlükəsizliyini təmin etmək üçün dost və qardaş ölkənin aqrar sektorunda əsaslı mövqe əldə etmək strategiyasını reallaşdırır. Bu, ölkəmiz üçün çox böyük əhəmiyyətə malik qərardır. Əminəm ki, Ukrayna gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinin, Azərbaycan isə Ukraynanın enerji təhlükəsizliyinin təmin olunmasında ən etibarlı tərəfdaş ölkələrə çevriləcəklər. Hesab edirəm ki, budəfəki səfər yaxın gələcəkdə ölkələrimiz arasında mövcud olan ticarət dövriyyəsinin həcmini əsaslı şəkildə yüksəldəcək.

Azərbaycanla Ukrayna arasında indiyədək müxtəlif sahələri özündə əks etdirən 150-dən çox dövlət, hökumət və qurumlararası müqavilə, saziş və digər sənədlər imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya son səfəri zamanı imzalanmış yeni müqavilələr isə dövlətlərimiz arasındakı hüquqi bazanın daha da möhkəmlənməsində müstəsna rol oynayacaq.

Səfər zamanı istər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, istərsə də Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfranslarında dönə-dönə qeyd etdilər ki, Azərbaycan və Ukrayna strateji tərəfdaş ölkələr kimi bütün sferalarda daima bir-birinə dəstək verəcək, ikitərəfli iqtisadi, siyasi əlaqələrin daha da inkişaf etdirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

-Bölgədə cərəyan edən geosiyasi hadisələrin fonunda bu səfər Azərbaycan-Ukrayna münasibətlərinə necə təsir edəcək?

-Azərbaycanın dövlət başçısının Ukraynaya səfər etməsi ölkəmizin müstəqil maraqlara söykənən siyasət yürütdüyünü nümayiş etdirdi. Bildiyimiz kimi, Azərbaycan region ölkələrlə qarşılıqlı əməkdaşlığın inkişafına böyük maraq göstərir. Bu baxımdan ölkəmiz Qaradəniz və Xəzər hövzəsi ölkələri ilə iqtisadi əlaqələrin inkişafına real layihələrlə təkan verir. Regionda sabitliyin və dayanıqlı sülhün təmin olunmasında yaxından iştirak edir. Ötən 25 il müddətində inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycan beynəlxalq arenada mövqelərini gücləndirmək, milli dövlətçilik maraqlarını təmin etmək və dünyadakı etibarlı tərəfdaşları ilə əlaqələrini genişləndirmək istiqamətində çox böyük nailiyyətlər əldə edib. Bu baxımdan əminliklə demək olar ki, Azərbaycan ilə Ukrayna arasında strateji müttəfiqlik münasibətləri durmadan inkişaf edərək möhkəmlənəcək. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi və iqtisadi strategiya ölkələrimizi bir-birinə daha sıx bağlayacaq.

(Möhsüm QƏDİROĞLU, “Respublika” qəzetinin Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar