Çərşənbə axşamı, 17 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ermənistan dövlət büdcəsindən Qarabağdakı separatçılara və terrorçulara pul ayırır - Azərbaycan isə susur?..

Niyə Azərbaycan buna görə Ermənistanı özünün daxili işlərinə qarışmaqda və separatizmi, eyni zamanda terrorizmi maliyyələşdirməkdə ittiham etmir?..

Millət vəkili: “Azərbaycan hökuməti də, dövləti də Ermənistanın dövlət büdcəsindən Qarabağdakı separatçı rejimə vəsait ayırmasına öz möveyini bildirməlidir”.

Azərbaycan Ermənistanla əlaqədar bir çox məsələlərdə beynəlxalq məhkəməyə müraciət edib. Elə danışıqlar, addımlar var ki, biz o danışıqların ayrıntılarını bilmirik”.

Bu sözləri millət vəkili Vahid Əhmədov Ermənistanın rəsmi olaraq Qarabağdakı separatçılara vəsait ayırmasınının nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan rəsmi olaraq dövlət büdcəsibdən 2022-ci idə Qarabağdakı separatçı rejimə 290 milyon dollar ayrılıb və bu uzun illərdir ki, davam edir. Niyə Azərbaycan buna görə Ermənistanı özünün daxili işlərinə qarışmaqda və separatizmi, eyni zamanda terrorizmi maliyyələşdirməkdə ittiham etmir? Ümumiyyətlə yaxşı olmazmı ki, bu məsələ ilə bağlı Azərbaycan beynəlxalq məhkəməyə müraciət etsin?

Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov ilə müzakirə edib.

Vahid Əhmədov: “Ermənistanın öz büdcəsindən Qarabağdakı separatçılara vəsait ayrıması bizim tərəfdən qəbul edilməz addımdır. Buna baxmayaraq Ermənistan dövləti bu addımı hər il atır”.

Əgər Ermənistan Paşinyanın da dediyi kimi, Azərbaycanla əlaqələr qurmağa, sülh müqaviləsi imzalamağa çalışırsa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa çalışırsa, bu addımı atmalı olmadığını vurğulayan millət vəkili PİA.az-a bildirib ki, belə addım atılanda həmişə münasibətlər gərginləşir və ciddi problemlər yaranır:

“Mən belə hesab edirəm ki, ümumiyyətlə bu düzgün addım deyil. Bu birbaşa Azərbaycanın daxili işlərinə qarışmaq və separatizmi rəsmi şəkildə dəstəkləmək deməkdir. Əgər Ermənistan Paşinyanın dediyi kimi, Azərbaycanla əlaqələr qurmağa, sülh müqaviləsi imzalamağa çalışırsa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa çalışırsa, bu addımı atmalı deyildi. Belə addım atılanda həmişə münasibətlər gərginləşir və ciddi problemlər yaradır.

Azərbaycan hökuməti də, dövləti də Ermənistanın dövlət büdcəsindən Qarabağdakı separatçı rejimə vəsait ayırmasına öz möveyini bildirməlidir. Niyə Ermənistan Qarabağdakı separatçı rejimə yardım etməlidir? Axı Qarabağ de-yire və defakto olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Düzdür indi Qarabağda separatçı rejimin olduğu ərazilər Rusiya sülhməramlılarının nəzarəti altındadır, amma bu o anlama gəlmir ki, Qarabağın ermənilər yaşayan əraziləri Azərbaycana aid deyil.

Orada, Rusiya sülhməramlılarının qoltuğu altında olan separatçı rejimi də heç bir ölkə tanınmır. O cümlədən Ermənistanda. Hesab edirəm ki, Azərbaycan hökuməti Ermənistan büdcəsindən separatçılara pul ayrılmasına öz qəti mövqeyini bildirməlidir və bütün mümkün variantlarla Ermənistanı bu yoldan çəkindirməlidir.

Ermənistan daha çox Azərbaycanla əlaqələr qurub, Azərbaycanın orada müstəqilliyinin bərpa edilməsinə, Azərbaycanın bayrağının yüksəldilməsinə, Azərbaycanın milli valyutasının orada işləməsinə şərait yaratmalıdırlar ki, gələcəkdə regionda sağlam və işgüzar münasibətlər formalaşsın. Bütün hallarda Ermənistanın Qarabağa vəsait ayrıması bizim tərəfdən qəbul edilməz addımdır. Buna baxmayaraq Ermənistan dövləti bu addımı atıb və atmaqda da davam edir.

Vahid Əhmədov: “Azərbaycan sülhə doğru addımlar atdıqca, Ermənistan çalışır ki, sülh prosesindən daha da uzaqlaşsın. Görünən budur ki, Ermənistan öz iddialarından əl çəkmək istəmir”.

Azərbaycan Ermənistanla əlaqədar bir çox məsələlərdə beynəlxalq məhkəməyə müraciət edib. Elə danışıqlar, addımlar var ki, biz o danışıqların ayrıntılarını bilmirik. Fikir verirsinizsə, son vaxtlar hətta Ermənistan çalışır ki, vəziyyəti gərginləşdirsin. Azərbaycan sülhə doğru addımlar atdıqca, Ermənistan çalışır ki, sülh prosesindən daha da uzaqlaşsın. Görünən budur ki, Ermənistan öz iddialarından əl çəkmək istəmir.

Mən bir neçə dəfə demişəm və indi yenə də deyirəm. Əgər Ermənistan Azərbaycan-Türkiyə ilə münasibətlərini düzəltməsə, iqtisadi-siyasi əlaqələr qurmasa, bu ölkə çox çətin problemlərlə üzləşə bilər, hətta dövlətçiliyini itirmə təhlükəsi ilə üz-üzə qala bilər. 44 günlük müharibədən sonra onsuz da Ermənistanın bir dövlət kimi mövcud olmağı da sual altına düşmüşdü. İndi də bu yolla gedirlərsə, bu ermənilərin xalq və dövlət olaraq intiharı ilə nəticələnəcək. Ermənistan dövlətinin mövcudluğunun davam etməsinin yeganə yolu Azərbaycan və Türkiyə ilə siyasi-iqtisadi əlaqələri qurmaq, iki ölkə ilə sülh içində yaşamaqdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - Video

Müdafiə Nazirliyi: "12 616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır"

Milli Məclis Aparatında kadr dəyişiklikləri olub

Ərdoğan: “Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razı olmayacağıq”

Ağcaqanadların əlindən yata bilmirsinizsə oxuyun - Resept

Ermənistanda etiraz aksiyaları zamanı 414 nəfər saxlanılıb - Yenilənib

“Formula 1”: Yollarda qazma 10 gün davam edəcək

Buça canlanır: Rusiya işğalından azad olan şəhərin son görüntüləri - Video

"Formula 1": Bakıda bəzi avtomobil yolları daralacaq

Ən çox oxunanalar