Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid baş leytenantın barelyefinin açılışı olacaq - Foto

Yanvarın 27-də şəhid baş leytenant Səid Rəşidzadənin barelyefinin açılışı olacaq.

Bu barədə Qaynarinfo-ya şəhid baş leytenantın dostu Samir Əsədli məlumat verib.

Onun sözlərinə görə, tədbir Səid Rəşidzanənin oxuduğu Nərimanov rayonunda yerləşən Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəbdə baş tutacaq: "Yanvarın 28-də Səidin doğum günüdür. Biz də qərara gəldik ki, bir gün əvvəl barelyef açılışını edək. Barelyef Səidin oxuduğu 207 saylı məktəbin binasına vurulub”.

Şəhid baş leytenantın barelyefini heykəltəraş Müstəqil Babayev hazırlayıb.

Səid Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində anadan olub. 2016-cı ilin "aprel döyüşləri”ndə iştirak edib. 2020-ci ildəki 44 günlük müharibəyə qatılıb və oktyabrın 11-də Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümüdən sonra "Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə” və "İgidliyə görə” medalları ilə təltif olunub.

Səid Rəşidzadə Füzuli rayonunda dəfn olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar