Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Kiyevdə Murayevi hakimiyyətə gətirmək istəyir?

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynada “öz adamını” hakimiyyət başına gətirmək planlarına dair hesabat dərc edib.

virtualaz.org xəbər verir ki, hesabata əsasən Kreml Ali Radanın keçmiş deputatı Yevgeni Murayevi Ukraynanın yeni başçısı rolunda görür. Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bəyan edib ki, bu gün dərc edilmiş hesabat Rusiyanın Ukraynadakı “dağıdıcı fəaliyyətinin miqyasına və Kremlin düşüncəsinə dair təsəvvürlərə” işıq salır.

Rusiya XİN isə bu hesabatı “dezinformasiya” adlandırıb. “Böyük Britaniya XİN tərəfindən yayılmış dezinformasiya məhz NATO ölkələrinin başda anqlo-sakslar olmaqla Ukrayna ətrafındakı gərginliyin eskalasiyası ilə məşğul olduqlarını göstərir”, - Rusiya XİN-in bəyanatında deyilir.

Bəs Rusiyanın Ukraynada hakimiyyət başına gətirməyi planlaşdırdığı iddia olunan (ehtimal ki, Moskva bu planı Ukraynaya hərbi müdaxilənin ardınca həyata keçirə bilər, - red.) Yevgeni Murayev kimdir?

O, iki çağırış (2012 və 2014) Ukrayna parlamentinin deputatı olub, devrilmiş prezident Viktor Yanukoviçin Regionlar partiyasının keçmiş üzvüdür, hazırda “NAŞI” partiyasının lideridir. 2019-cu ildə parlamentə namizədliyini versə də seçilə bilməyib. Murayev “NewsOne” və “NAŞ” telekanallarının təsisçisidir. Dəfələrlə Ukraynanın bloklardan kənar statusu və hakimiyyətin de-mərkəzləşdirilməsi barədə fikirlərini açıqlayıb. Maraqlıdır ki, Murayev 2018-ci ildən Rusiyanın sanksiyaları altındadır. Özü bunu oliqarx Viktor Medvedçukla münaqişəsi ilə bağlayır. “Mənim ailəmin orada aktivləri həbs olunub. Britaniya XİN-də və xüsusi xidmət orqanlarında bunu Rusiyanın guya məni “işğalçı hökumətin” rəhbəri təyin etmək istəyi kimi görürlərsə artıq mister Bindən bu haqda soruşmaq lazımdır”, - Murayev hesabatda adının hallanmasına belə münasibət bildirib.

Hesabatda o da iddia edilir ki, Rusiya xüsusi xidmət orqanları bir çox keçmiş ukraynalı siyasətçilərlə əlaqə saxlayır. Onların arasında Yanukoviçin dövründə baş nazirin müavini işləmiş Sergey Arbuzov və Andrey Klyuyev, milli təhlükəsizlik və müdafiə şurasının keçmiş sədr müavini Vladimir Sivkoviç və keçmiş baş nazir Nikolay Azarov da yer alır.

Hesabata əsasən bir sıra rusiyameyilli ukraynalı siyasətçilər Rusiya kəşfiyyatının hazırda Ukraynaya hücumun planlaşdırılmasında iştirak edən zabitləri ilə təmasdadır.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar