Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Qəhrəman Rafiq Alıcanovun xatirəsinə həsr olunmuş filmin ilk təqdimatı oldu 

"Oğuz elinin qəhrəmanı"...

"Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”, - deyib ulu əcdadlarımız. Neçə-neçə igid, qəhrəman oğullarımız bu deyimi özünün həyat amalı bilərək Vətən naminə, torpaqlarımızın ərazi bütövlüyü tam olsun deyə canlarını fəda edib, öz qanları ilə adlarını hərb tariximizə və xalqımızın qəlbinə əbədi olaraq yazıblar. Qəhrəman oğullarımız Şəhidlik adlı zirvəni igidcəsinə, qorxmadan, bir an olsun belə tərəddüd etmədən fəth ediblər.

Yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan şəhidlərimizi yad etmək bizim ən ümdə vəzifəmizdir. Vətən oğul və qızlarının keçdiyi döyüş yolunu gənclərə, gələcək nəsillərə çatdırmaq, onları gəncliyə nümunə göstərmək, onlarda vətənpərvərlik hissini formalaşdırmaq, Şəhidlik zirvəsinə ucalanların xatirəsini hər an yad etmək hər birimizin ən müqəddəs borcu olmalıdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Salnaməfilm” studiyasının "Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində çəkilən sənədli filmlər də məhz bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm” studiyasının "Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində çəkdiyi növbəti film Azərbaycanın Milli Qəhrəmanı Alıcanov Rafiq Cəfər oğlunun həyatına və Qarabağ müharibəsində keçdiyi şərəfli döyüş yoluna həsr edilib.

"Oğuz elinin qəhrəmanı” adlı filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

Yanvarın 21-də Milli Qəhrəman Rafiq Alıcanoun xatirəsinə həsr olunmuş "Oğuz elinin qəhrəmanı” adlı filmin ilk dəfə Qazaxda təqdimatı olub.

Qazax Gənclər Evində keçirilən təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəb direktorları, gənclər, Milli Qəhrəmanın yaxın qohumları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən danışıb. Vətənpərvərlik mövzusunda filmlərin ərsəyə gəlməsində, xüsusilə də Milli Qəhrəmanlarımızın, şəhidlərimizin gələcək nəsillərə tanıdılmasında gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə görə Kəmalə Musazadəyə rayon ictimaiyyəti adından minnətdarlığını bildirib. Gənclərin vətənpərvər ruhda böyüməsində, tərbiyə olunmasında bu cür filmlərin böyük rolu və əhəmiyyəti olduğunu qeyd edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, həmin Zəfəri bizlərə bəxş edən şəhidlərimizdən söz açan G.Həsənova bugünkü qalibiyyətimizi onlara borclu olduğumuzu vurğulayıb. Qanları ilə tarix yazan oğullarımızın məhz Rafiq Alıcanov kimi Milli Qəhrəmanlarımızdan örnək götürdüklərini, onun kimi minlərlə şəhidlərimizin qisaslarını almaq üçün şirin canlarından keçdiklərini söyləyib. Azərbaycan xalqı var olduğu müddətcə şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, vətənpərvər insanlar tərəfindən çəkilən bu cür filmlərdə yaşadılacaqlarını bir daha diqqətə çatdırıb. Bütün bunların arxasında ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə göstərdikləri qayğının, ehtiramın dayandığını bildirib.

Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, iştirak etdiklərinə görə razılığını ifadə edib. Filmin ərsəyə gəlməsində, çəkilişlərin aparılmasında göstərdiyi təşkilati dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, Əməkdar müəllim, professor İlham Pirməmmədova, eləcə də çəkiliş zamanı əziyyəti keçən bütün insanlara filmin çəkiliş heyəti və öz adından dərin minnətdarlığını bildirib.

K.Musazadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm” studiyasının "Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində 100-dən çox filmin çəkildiyini qeyd edib. Bu cür filmlərin çəkilməsinə, xüsusilə də ona yaradılan şəraitə görə Mədəniyyət Nazirliyinin və "Salnaməfilm” studiyasının rəhbərliyinə minnətdarlığnı çatdırıb. Milli Qəhrəmanımız haqqında ürək sözlərini bölüşən K.Musazadə müəllifi olduğu filmdə də onun həyatını, keçdiyi şərəfli döyüş yolunu, Vətən olan bağlılığını, yurd, el-oba sevdalı olduğunu çatdırmağa çalışdığını qeyd edib. Filmin 44 günlük Vətən müharibəsi ərəfəsində çəkildiyini bildirən müəllif əldə etdiyimiz şanlı Zəfərin həmin filmdə yer aldığını vurğulayıb. Milli Qəhrəmanın ailə üzvlərinin, yaxınlarının, doğmalarının, döyüş yoldaşlarının, sinif yoldaşlarının, müəllimlərinin Rafiq Alıcanov haqqında söylədikləri ürək sözlərinin, dəyərli fikirlərinin filmdə yer aldığını söyləyib.

"Qazax” Xeyriyyə İctimai Birliyinin üzvü, Mediaxeberleri.Az saytının baş redaktoru Ələddin Qarayev (Kəsəmənli) çıxış edərək film haqqında ürək sözlərini bölüşüb, Milli Qəhrəmanımıza həsr edilən bir filmin ərsəyə gəlməsində iştirak etdiyi üçün özünü şanslı hesab etdiyini vurğulayıb. Milli Qəhrəmanlarımız, şəhidlərimiz haqqında çəkilən filmlərin gələcək nəsillərin vətənpərvər ruhda böyüməsində bir töhfə olduğunu söyləyib. Belə filmlərin ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz adından təşəkkürünü çatdırıb.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev çıxış edərək Milli Qəhrəmanımız haqqında çəkilmiş filmi yüksək qiymətləndirib. Filmin çəkilməsində əməyi keçən insanlara təmsil etdiyi birlik və öz adından razılığını ifadə edib. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədən qürurla danışan X.Balayev həmin qələbədə Rafiq Alıcanov kimi Milli Qəhrəmanlarımızın da payı olduğunu, həmin müharibədə şəhid olan oğullarımızın Vətəni canı bahasına qorumağı ondan örnək götürdüklərini bildirib. Bu gün qürurla izlənən filmin çəkilməsinin təkcə Rafiq Alıcanova deyil, bütün şəhidlərimizə verilən dəyər olduğunu söyləyib.

Milli Qəhrəman Alı Mustafayevin bacısı Bəsdi Bağırova çıxış edərək şəhid bacısı kimi bu cür filmlərin çəkilməsinə görə müəllifə və əməyi keçən insanlara minnətdarlığını bildirib. Bu cür filmlər çəkildikcə şəhidlərimizin, Milli Qəhrəmanlarımızın unudulmayacağını, daim yaşadılacaqlarını qeyd edib.

Milli Qəhrəmanımızın əmisi oğlu Tahir Alıcanov da çıxış edərək öz növbəsində ailəsi adından filmin çəkilməsinə və bugünkü təqdimat mərasiminin keçirilməsinə görə minnətdarlığını bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar