Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: ABŞ konqresmeninin Azərbaycanla əlaqələri ciddi diqqət altındadır

ABŞ konqresmeni Henri Kuelyarın Azərbaycanla əlaqələri Federal Təhqiqat Bürosunun yenidən ciddi diqqəti altındadır. Belə ki bu həftə Federal Təhqiqat Bürosu onun evində və ofisində axtarış aparıb, Turan-ın Vaşinqton müxbiri xəbər verib.

Cümə günü ABC xəbərləri FTX-nin reydinin yeni təfərrüatlarını açıqlayıb və bildirib ki, məhkəmə konqresmenə, onun xanımına və ən azı əməkdaşlarından birinə və onların Azərbaycan şirkətlərilə əlaqələrinə dair sənədlərin əldə edilməsi üçün sanksiya verib.

Əsasən söhbət Kamal Öksüzlə (Hyustondan olan keçmiş iş adamı, 10 konqresmenin Bakı səfərinin maliyyələşdirilməsində Azərbaycanın rolu ilə bağlı Konqresə yalan söylədiyinə görə mühakimə olunub) bağlı sənədlərdən gedir.

Kuelyar və ya xanımının birbaşa istintaq obyektləri olub-olmadığı hələlik aydın deyil, lakin hakimiyyət Kuelyarın bəzi biznes- liderlər və xarici rəsmi şəxslərlə əlaqələrini, habelə Kuelyarın xarici şirkətlərə göstərə biləcəyi xidmətləri və ya hərəkətləri araşdırır.

Bu yaxınlara qədər Kuelyar KonqresAzərbaycan fraksiyasının həmsədri olub və çoxsaylı azərbaycanlı rəsmi şəxslərlə, o cümlədən ötən ilin noyabrında bir qrup azərbaycanlı parlamentari ilə görüşüb.

Bundan öncə CNN bildirib ki, istintaqa Ədliyyə Nazirliyinin ictimai etika məsələləri üzrə bölməsi cəlb olunub, hökumətin ələ alınıb-alınmaması və rüşvətxorluq hallarını araşdırır.

Cümə günü Kuelyarın ofisi və Ədliyyə Nazirliyinin nümayəndəsi şərh verməkdən imtina ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar