Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Türkiyə Ermənistana böyük qardaş kimi yanaşmalıdır”

Türkiyə erməniləri ümidlərini Moskva görüşündən başlayan yeni Ermənistan-Türkiyə danışıqlar prosesinə bağlayır. Türkiyənin “Hürriyyət” qəzeti İstanbuldakı erməni icmasının nümayəndələri ilə söhbət edərək onların gözləntilərini öyrənib.

Konstantinopol Patriarxı, arxiyepiskop Sahak Maşalyanın sözlərinə görə, Türkiyə erməniləri İrəvan və Ankaranın münasibətlərin normallaşması istiqamətində addımlar atmasından məmnundurlar. O qeyd edib ki, investisiyalar və mədəniyyət baxımından iki ölkə arasında əlaqələrin qurulmasına yönəlmiş bütün addımlar çox dəyərlidir.

“İstanbul erməniləri üçün iki cəmiyyətin bir-birini tanıması, birgə işləməsi, sərmayə qoya bilməsi də son dərəcə vacibdir”, - Maşalyan bildirib.

"Karagözyan" Fondunun sədri, sahibkar Tiqran Gülmezgil “Hürriyyət”ə bildirib ki, bundan sonra Türkiyə bütün məsələlərdə Ermənistana yardım əlini uzatmalıdır. O qeyd edib ki, münasibətləri normallaşdırmaq cəhdləri müsbət haldır və “Türkiyə Ermənistana böyük qardaş kimi yanaşmalıdır”.

İstanbulda iki dildə çıxan həftəlik “Akos” qəzetinin baş redaktoru Edvard Danzikyan Ermənistanla Türkiyə arasında birbaşa uçuşların bərpasına nikbin yanaşır. Onun sözlərinə görə, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması münasibətlərin normallaşması istiqamətində ilk addım olacaq. Bundan əlavə, əlaqələr daha da genişləndirilməlidir.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt

Müharibə əlillərinə ayrılan 50 milyon niyə yoxa çıxıb? - Prezidentin fərmanı ilə vəsait ayrılıb, ancaq...

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi

"40 direktor ona hesab və hesabat verir..." – Deputatdan sensasiyalı açıqlamalar

Fransa səfiri yazıçı Kəramət Böyükçöllə görüşüb

Taksi sürücülərindən inanılmaz etiraflar: "Bir erməninin yaratdığı şirkət..."

Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək

Aİ bütün Ukrayna mallarına rüsumları ləğv etdi

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub

Azərbaycanla İran arasında neft-qaz sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

Ən çox oxunanalar