Cümə, 20 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Bu işdə işgəncələri gizlətmək mümkün olmayacaq" – Deputat "Tərtər işi"ndən danışdı

Azərbaycanın hüquq-mühafizə orqanları 2017-ci ildə Ermənistanın xeyrinə casusluqda ittiham olunan hərbçilərə işgəncə verilməsilə bağlı “Tərtər işi”nin istintaqını davam etdirir. Həm hakimiyyət strukturları, həm də hüquq müdafiəçiləri 100-dən çox insana işgəncə verildiyini bildirirlər. Rəsmilər bir, hüquq müdafiəçiləri isə 11 nəfərin öldüyünü deyirlər. Daha əvvəl bu iş üzrə bəzi icraçılar mühakimə olunub cəzalandırılsalar da, o vaxt baş verənlər ətraflı araşdırılmayıb.

2017-ci ilin may ayında Azərbaycanda hərbçiləri kütləvi şəkildə həbs edərək işgəncələrə məruz qoyublar. Tərtər rayonunda baş verən bu prosesdə hərbçilərdən Azərbaycanın əsas düşməni olan Ermənistanın xeyrinə casusluqla məşğul olmaları ilə bağlı etiraf tələb ediblər. Hüquq müdafiəçilərinin sözlərinə görə, işgəncələr nəticəsində 11 nəfər ölüb. Həm işgəncələrə məruz qalmış hərbçilər, həm də onların ailə üzvləri mətbuata, sosial şəbəkələrdə açıqlamalarında bildiriblər ki, o vaxt saxlananları soyundurublar, çubuqla döyüblər, dırnaqlarını çıxarıblar, yara yerlərinə elektrik cərəyanı buraxıblar, əl-qolları bağlı vəziyyətdə pəncərədən atıblar. Zərərçəkənlərin sayı çoxdur, onların kimliyi bəllidir. Bu şəxslər işgəncələr barədə detallı məlumat veriblər. Casusluq etdiyini boynuna alan 25 nəfərə 12 ildən 20 ilədək həbs cəzası verilib. Məhkəmələr onların işgəncə altında ifadə vermələri faktını nəzərə almayıb. Öz etiraflarından başqa, cinayət işində onlara qarşı hər hansı ciddi sübut yoxdur.

1 ay əvvəl hakimiyyət “Tərtər işi” üzrə işgəncə faktlarını araşdırmağa başlayıb. Məhkəmələrdə 100-də çox hərbçiyə bəraət verilib, icraçılar haqqında müxtəlif müddətli həbs qərarları çıxarılıb. Ancaq bu qərarlar nə zərərçəkənləri, nə onların ailələrini, nə də hüquq müdafiəçilərini qane edir. Azərbaycanın Cinayət Məcəlləsində işgəncələrlə bağlı maddə olmasına baxmayaraq bu məsələdə həmin maddə tətbiq edilməyib. İşgəncə verənləri əsasən vəzifə səlahiyyətlərini aşmağa görə cəzalandırıblar.

Tərtər işi” ilə bağlı istintaq qrupu yaradılıb. Heç kim bu işdən siyasi məqsədlərlə istifadə edə bilməyəcək”. Bunu dünən Azərbaycanın baş prokuroru Kamran Əliyev deyib. “Tərtər hadisələri olub. Bununla bağlı araşdırma aparılır”, - o vurğulayıb.

Baş prokuror “siyasi məqsədlər” deyəndə nəyi və kimləri nəzərdə tutur? Bu prosesin uzana bilməsi anlamına gəlirmi?

Deputat Fazil Mustafa “Yeni Müsavat”a deyib ki, “Tərtər işi”ndən məsələnin mahiyyətini bilənlərlə yanaşı, bilməyənlər də danışır:

- Bu işi siyasi xarakterli məsələ kimi təqdim etməyə çalışırlar. Dövlətə yönəlik etimadsızlıq formalaşdırmağa çalışırlar. Bunun da əlamətləri bir çox çıxışlarda özünü əks etdirir. Təbii ki, hər bir məsələnin hüquqi tərəfi ilə yanaşı, siyasi tərəfi də ola bilər. Hansısa dövlətin Azərbaycan ordusuna bu və ya digər formada öz adamlarını yeritməsi vasitəsi ilə törətmiş ola bilər. Bunu araşdıran, müəyyən edən biləvasitə istintaq orqanlarıdır. Baş prokurorun açıqlaması bu baxımdan doğrudur ki, insanlar məsələnin hüquqi həllinə yönəlməlidir. Bu məsələ hüquq çərçivəsində aydınlaşmalıdır. Onda bilinəcək ki, hansı ölkənin kəşfiyyatçıları var və ya daxili məsələdir. Və ya Müdafiə Nazirliyi eşelonunda olan şəxslərin hansısa zəmində törətdikləri cinayət əməlləridir.

Ona görə də bu məsələni hədsiz siyasiləşdirmək əslində hüquqi açılışına mane olan əsas aspektlərdən biridir. Əgər dövlət bu məsələnin açılmasına müəyyən dərəcədə maraqlıdırsa, deməli, dövlət adından bu prosesi aparan şəxslərin də məsuliyyət məsələsi birmənalı şəkildə olacaqr. İstər prokurorluq orqanlarında olsun, istər də ordu sistemi içində olan şəxslər olsun, fərq etməz, günahları müəyyən ediləcəksə, cəzalarını da alacaqlar. Baş prokuror o baxımdan ifadə edib ki, məsələ siyasiləşirsə, artıq nəticə də siyasi münasibət olur. Həqiqi günahkarlar üzə çıxarılandan sonra, zorakılıq tətbiq etmiş, işgəncə vermiş şəxslərin məsuliyyəti müəyyən ediləndən sonra artıq hər hansı bir şəkildə konkret hüquqi qərar üzərindən spekulasiyalar, müzakirələr aparmaq mümkündür. O zaman nə qane edəcək, nə etməyəcək bunu müəyyən eləmək o qədər də çətin deyil. İndiki vəziyyətdə bunu bir siyasi tələb, hadisə kimi gündəmə gətirmək, daha çox siyasi partiyalar müstəvisində müzakirə mövzusuna çevirmək yanlışdır. Vətəndaşların şikayəti var, zərərçəkənlər var və onların şikayətləri araşdırılmaqla, bu kontekstdə məsələlər müzakirə edilməklə həllini tapmalıdır.

- Hərbi prokuror çox maraqlı bir fikir işlədib ki, istintaq başlanana qədər istintaq aparılıb, həmin istintaq zamanı da 1 nəfər də ölüb. Prokurorluq orqanı əvəzinə istintaq aparılması nə dərəcədə qanuna uyğundur və bu əməllərə görə cavabdehlər də müəyyən edilməlidirmi?

- Daxili təhqiqatla bağlı müəyyən qanunsuz əməllər baş verib. Orduda baş verən hadisələr prokurorluğa daxili təhqiqatın nəticəsində cinayət əməli, inzibati tənbeh olandan sonra təqdim olunur. O zaman belə problemlərin olması mümkündür və görünür var ki, bu etiraf olunur. Buna baxmayaraq prokurorluq heyətində olan ayrı-ayrı vəzifəli şəxslərin də məsuliyyəti azalmır. Belə faktların vaxtında aşkara çıxarılmaması, belə əməlləri törədənlərin məsuliyyətə cəlb edilməməsi faktı varsa, bu faktlara hüquqi qiymət verməmək hüquq-mühafizə, məhkəmə orqanlarının da məsuliyyət məsələsini ortaya çıxarır. Ona görə də kimsə yuxarıdan tapşırıq verə bilər. Amma hər kəs işlədiyi sahədə qanunun tələblərinə əməl etməlidir. Əgər qanunun tələblərinə əməl olunmayıbsa, ört-basdır edilibsə, bu məsələyə də hüquqi qiymət verilməlidir. Bu baxımdan siyasi yanaşmanın olmamasını doğru hesab edirəm. Amma bu işə hərtərəfli hüquqi qiymət verilməlidir. Bu işlə bağlı cəmiyyətin narahatlığı bu halda aradan qalxa bilər.

- İstintaqa cəlb edilən şəxslərə “öl və ya etiraf et” tələbinin irəli sürüldüyünü bu işə cəlb edilən, sağ qalan hərbçilər açıqlayıb. İstintaqın bu şəkildə aparılması nə dərəcədə qanuni, əsaslı olub?

- İstintaqın bu cür metodologiya ilə aparılması praktikada var. Amma hüquq nəzəriyyəsi bunu istisna edir. Praktikada olan halların baş verib-verməməsini mən söyləyə bilmərəm. Belə hallar baş veribsə, hüquq fəlsəfəsindən, Cinayət Prosessual Məcəlləsinin tələblərindən çox uzaqdır. Cinayət Prosessual Məcəlləsində sübutların toplanmasının yolları da dəqiq şəkildə müəyyən edilib. Hansı faktın sübut olaraq qəbul olunması məsələsi Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulub. Zorakılıq yolu ilə sübutlar toplanıbsa, məhkəmə bu məsələyə öz qiymətini verməli idi. Çünki məhkəmədə aydınlaşır ki, sübut hansı yolla əldə olunub. Əgər şəxsin iradəsinə zidd olaraq verdiyi ifadə sübut olaraq qəbul olunubsa, məhkəmə araşdırmasında üzə çıxarılmalı və konkret məhkəmə istintaqında bu gerçəkləşdirməli idi. Bu məsələlər detalalrına qədər araşdırılmalı idi.

- “Tərtər işi” ilə bağlı birinci istintaq dövründə 100-ə yaxın hərbçinin bəraət aldığı bildirilirdi. Eyni zamanda, hərbçilərə işgəncə verən 6-7 nəfər də istintaqa cəlb edilib barələrində məhkəmə hökmü çıxarılmışdı. Diqqət çəkən məqam da bu idi ki, həmin 6-7 nəfərdən heç birinə Cinayət Məcəlləsində olan işgəncə vermə maddəsi ilə ittiham irəli sürülməyib. Bu şəxslərin digər maddələrlə ittiham edilməsi müvafiq cəzadan yayındırılması anlamına gəlirmi?

- Əgər prokurorluq bu məsələyə yenidən qayıdırsa, cəmiyyətdən gələn sifariş, zərərçəkmişlərin şikayətləri əsasında xüsusi istintaq qrupu yaradılırsa, istintaqa nəzarəti ölkə prezidenti öz üzərinə götürürsə, bu o deməkdir ki, iş üzrə zərərçəkmişlərə işgəncə verilməsi ilə bağlı məsələlər də araşdırılacaq. Bu işdə işgəncələri gizlətmək mümkün olmayacaq. Bu məsələlərə də hüquqi qiymət veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır – Fotofakt

Müharibə əlillərinə ayrılan 50 milyon niyə yoxa çıxıb? - Prezidentin fərmanı ilə vəsait ayrılıb, ancaq...

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur - Xüsusi ittiham qaydasında məhkəməyə verildi

"40 direktor ona hesab və hesabat verir..." – Deputatdan sensasiyalı açıqlamalar

Fransa səfiri yazıçı Kəramət Böyükçöllə görüşüb

Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək

Taksi sürücülərindən inanılmaz etiraflar: "Bir erməninin yaratdığı şirkət..."

Aİ bütün Ukrayna mallarına rüsumları ləğv etdi

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini atəşə tutub

Ən çox oxunanalar