Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan çirkli pulların yuyulması haqqında Varşava konvensiyasına nə dərəcədə riayət edir?

Avropa Şurasının “Varşava Konvensiyası Tərəfləri”nin konfransı iştirakçı dövlətləri çirkli pulların yuyulması cinayətlərinə görə məsuliyyəti səmərəli şəkildə tətbiq etməyə çağırıb.

Konfransın dünən dərc edilən hesabatında 36 dövlətdə çirkli pulların yuyulması cinayətlərinə görə tətbiq edilən tədbirlər qiymətləndirilib.

Hüquqi şəxslərin məsuliyyəti çirkli pulların yuyulmasına qarşı səmərəli mübarizədə xüsusi əhəmiyyətə malik ola bilər, belə ki, cinayətkarlar çox vaxt qanunsuz gəlirlərini leqallaşdırmaq üçün korporasiyalardan, xeyriyyə təşkilatlarından və müəssisələrdən istifadə edirlər.

Hesabatın Azərbaycana aid hissəsində qeyd edilir ki, hüquqi şəxslərin çirkli pulların yuyulmasına görə məsuliyyətinə baxmayaraq, qanunvericiliyin müvafiq müddəaları hələ təcrübədə tətbiq edilməyib.

Azərbaycanın səlahiyyətli orqanlarına hüquq-mühafizə və məhkəmə orqanlarının çirkli pulların yuyulması haqqında işlərdə korporativ məsuliyyət haqqında məlumatlılığını artırmaq (rəhbər sənədlər, təlimatlar və s. hazırlamaq) tövsiyə olunur.(Turan)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar