Çərşənbə axşamı, 24 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Türkiyənin Ukrayna məsələsindəki mövqeyi hara doğru dəyişir?

Əliyev: “İnanıram ki, Kiyevdə apardığımız təmaslardan və qəbul etdiyimiz qərarlardan sonra tezliklə çox yaxşı xəbərlərin şahidi olacağıq”...

Nedret Ersanel
“Yeni Şafak” qəzeti, Türkiyə, 19 yanvar 2022-ci il

Prezident Ərdoğanın Albaniya-Tirana səfəri Bosniya-Hersoqovinada inkişaf edən və ümumilikdə Balkanlara təsir edən “Şərq-Qərb” rəqabətinin qızğın vaxtı ilə üst-üstə düşür. Bəzi ölkələrin Ukrayna böhranına görə Rusiyanın üzərinə getdiyi bir vaxtda Qərbin öz ağırlığını müxtəlif bölgələrə yaymaq istəməsi və həmin ölkələrin də taktiki cavablar verməsi qeyri-adi bir durum deyil.

Balkanlardakı Bosniya-Hersoqovina və Serbiya balansı da bunlardan biridir. Ukrayna və Gürcüstanda olduğu kimi, bu regionda da qeyri-sabitlik potensialını qidalandıran amillər var.

Moskva heç vaxt açıq deməyəcək, lakin bu vəziyyət ABŞNATO-nun Yunanıstanın Aleksandrupolisdəki “investisiyalarına” qarşı bir cavabdır.

Əslində Ərdoğanın “əbədi dost və qardaş” ölkə olan Albaniyaya səfərinin ayrı-ayrı səbəblər qədər, region və onun balansları ilə də əlaqəsi var. Mətbuat konfransına nəzər salaq.

NATO yox, AB önəmlidir”

Jurnalist: “Keçən ay Balkanlarda artan gərginlikdən sonra AB-nin bölgədəki etibarı müzakirə edilməyə başlandı və Brüsseldə çıxan bir qəzetdə: “AB bölgədəki etibarını, Türkiyənin ortaq tarixi irsini və Türkiyə ilə sıx əlaqələri itirdi. Balkan ölkələrinin fərqli səbəblərdən AB və NATO-nun Türkiyəyə ehtiyacı var”, şəklində qiymətləndirmə çıxıb. Bəs siz Aİ ilə münasibətlərdə hansı dövrü özləyirsiniz?”

Ərdoğan: “NATO-nun yanaşması, Türkiyə üçün Aİ-nin yanaşmasından qat-qat vacibdir. Təəssüf ki, Aİ-nin Türkiyəni susdurmaq taktikası davam edir. Amma biz NATO-nun şərəfli və güclü üzvüyük. NATO ilə bağlı atılacaq addımlarda indiyə qədər etdiyimiz kimi hər zaman üzərimizə düşən vəzifəni yerinə yetirməyə davam edəcəyik. Biz Balkanlardakı sülhə böyük əhəmiyyət veririk. İndiyə qədər etdiyimiz kimi, Balkanlarda sülhün bərəqrar olması üçün üzərimizə düşəni edəcəyik. Biz sülhün, əmin-amanlığın və gələcəyin qarantiyası üçün təminat verən ölkələrdən biriyik”.

Prezident Albaniya Parlamentində də bu sülhpərvər bəyanatları təkrarlayıb: “Balkanlarda daimi sülh və sabitlik mühitinin yaradılması Türkiyənin xarici siyasətinin əsas prioritetləri sırasındadır. Tarixi bağlarımızla yanaşı, NATO-dakı müttəfiqlik qanunumuz da münasibətlərimizin təhlükəsizlik ölçüsündə mühüm yer tutur”.

Türkiyənin Balkanlarla olan müttəfiqliyini sorğu-sual etmək onsuz da xarici qüvvələrə düşmür. Bununla belə, hesablanmalı olan başqa bir vəziyyət var: Balkan qeyri-sabitliyi Rusiya-Qərb münaqişəsinin bir ölçüsü olaraq Türkiyəni Ukrayna sərhədinə daha çox çəkə bilər.

Əliyev Ukraynadadır

Mətbuat konfransında AB sualını gündəmə gətirən səbəblərdən biri də ötən həftə AB səfirlərinə isti mesajlar göndərən Ankaranın qarşılıqlı mövqelərini birlikdə ölçmək marağı ilə əlaqədardır. Digər tərəfdən, bu, Avropanı alt-üst edən ABŞ/NATO-Rusiya böhranının qitəyə çökdüyünü göstərən nümunələrdən biridir.

Bu təzyiq təkcə Avropada deyil, Baltikyanı ölkələrdən tutmuş Mərkəzi Asiya-Çin sərhəddinə qədər hər dayanacaqda hiss olunur. Ən əhəmiyyətlisi odur ki, bu uzaq coğrafiyaların oyunçuları da qarşıdakı bölgələrə top daşıyırlar.

Bu izlərdən biri kimi şənbə günü baş tutan başqa bir ziyarəti yada sala bilərik: Azərbaycan prezidenti İlham Əliyev Kiyevə gedib və Ukrayna prezidenti Zelenksi ilə görüşüb. Bu da çox önəmlidir. Bəzilərinə görə, Azərbaycan gərginlikdə mövqe tutur, bəzilərinə görə isə Rusiya ilə Ukrayna arasında vasitəçiliyin qurulmasında mühüm rol oynayır (Əliyev həm də dekabrın 28-də Putinlə görüşüb).

Təbii ki, Qazaxıstanın addımını düşünməmək mümkün deyil. Rusiyanın Kollektiv Təhlükəsizlik Təşkilatı Sazişini dəstəkləyərək hərbi müdaxilə etməsi Bakının səfərbər olmasına və bir növ “qarşılıq” axtarışına səbəb ola bilərdimi?

Əliyev: “İnanıram ki, Kiyevdə apardığımız təmaslardan və qəbul etdiyimiz qərarlardan sonra tezliklə çox yaxşı xəbərlərin şahidi olacağıq. 2 ay sonra Bakıda yenidən görüşəndə ​​Kiyevdə əkdiyimiz toxumların bəhrəsini görməyə başlayacağıq”...

Meyvəyə strateji ölçülər də daxil olsa, maraqlı olardı. Çünki müqavilələrdə Azərbaycan-Gürcüstan-Ukrayna-Moldova xətti ilə gedən bir “yol” da var. Bəs bu yolun “arası” haradadır?

Türkiyə Ukraynada nəyi seçməlidir?

Ruslar Qazaxıstana müdaxilə edərkən kenardan da Türkiyəyə baxırdılar. Ankarada heç kimdən “Rusiyaya qarşı” hər hansı bir söz, hətta eyham belə eşidilmədi. Moskva da Qazaxıstanla bağlı gündəmdəki heç bir mövzu ilə əlaqədar Ankaraya “material” verməməyə diqqət yetirib.

Bütün bunlara baxmayaraq, Kreml bilir ki, Ankara onun Qazaxıstana müdaxiləsini bəyənmir. Daha doğrusu Ankara Rusiyanın Qazaxıstana müdaxilısi ilə barışmır. Moskvada bir mətbuat konfransında vəziyyətlə bağlı xarici işlər sözçüsünə sual ünvanlanıb.

Zaxarovadan: “Ümid edirik ki, Türkiyə rəsmiləri Qazaxıstanla bağlı tələsik bəyanatlar verməkdən çəkinəcək və bulanıq sularda balıq tutmağa çalışmayacaq”, cavabı gəlib.

Əslində, xarici işlər naziri Mövlud Çavuşoğlunun Qazaxıstan münasibətilə dediyi: “Türk Dövlətləri Təşkilatımız çərçivəsində təhlükəsizlik və kəşfiyyat əməkdaşlığını daimi hala gətirməliyik”, cümləsini cavab kimi qəbul edə bilərik.

Ukrayna məsələsinə qayıtsaq, Türkiyənin mövqeyi ilə bağlı ümumi fikir bu işə qarışmaması yönündədir. Lakin vəziyyət heç də o qədər də bəsit deyil deyil.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

“2023-cü ildə Putin olmayacaq...” - Dünyanı şəkilləndirən şəxslərdən biri olan Mİ-6-nın sabiq rəhbəri…

Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var — Fakt

Sahil Babayev son 3 ayda daha 23 min pensiyaçını “zərərsizləşdirdi” – Nemət Əliyev statistikanı açıqladı

Ukrayna necə aldadıldı? – ABŞ səfirindən ilginc cavab

Olmasaydı dünyada… – Bir daha elm, alim və təvazökarlıq barədə düşünərkən

Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib - Video

Sürücülərin nəzərinə: Mühərrik yağları kəskin bahalaşdı - Video

“Aeroflot” sanksiyalara görə təyyarələrini ehtiyat hissələrinə ayıracaq - Blomberg

“İgid əsgər, möhkəm dayan” mahnısının həsr edildiyi Milli Qəhrəmanımızın doğum günüdür - Video

“Qarabağ”ın Çempionlar Liqasındakı bütün rəqibləri bilindi

Rüstəm Muradov Ukraynada yaralandı, bacısı oğlu öldü - Foto

“ŞTUTQART” mağazalar şəbəkəsi adını niyə dəyişir?

Ən çox oxunanalar