Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəlir artıb, ya azalıb?

Dövlət Statistika Komitəsi 2021-ci ilin ilkin iqtisadi yekunlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatın bir bölümünə – əhalinin gəlir və xərcləri ilə bağlı bilgilərə nəzər salan iqtisadçı Rövşən Ağayev yazır: “Rəsmi statistika əhalinin bütün mənbələrdən əldə etdiyi gəlirlərin nominal olaraq 1,7 milyard manat və 2,6% artdığını göstərir. Lakin rəsmi elan olunan inflyasiyaya əsasən, gəlirlər real olaraq 4%-ə yaxın azalıb. Yəni qiymət artımları gəlirləri yeyib – nominal ifadədə artan gəlirlər qiymət artımını kompensasiya edə bilməyib.

İstehlak bazarları vasitəsilə əldə olunan əmtəə və xidmətlərin nominal həcmi 51 milyard manat təşkil edib. Əhalinin xərclərinin həcmi əvvəlki illə müqayisədə real olaraq 3,6%, nominal olaraq 10,7% və ya 5,1 milyard manat artıb.

Xərclərin real artımı odur ki, əhali natural ifadədə 3,6% artıq istehlak edib. Pandemiyada istehlakın azalmasını nəzərə alsaq, bizim istehlakın real həcmi hələ 2019-cu ilin səviyyəsinə çatmayıb. Çünki ötən il rəsmi statistika istehlakın 8,1% azaldığını göstərmişdi. Hesab edək ki, 2019-cu ildə bizim istehlakımız 100 vahiddən ibarət bir əmtəə-xidmət səbətindən təşkil edilmişdi. 2020-ci ildə pandemiya ilə əlaqədar istehlakımızı 8,1% ixtisar etdik və onun həcmi 91,9-a düşdü. İndi rəsmi statistika həmin səbətin real olaraq 3,6% artdığını elan edirsə, deməli, səbət 95,2 vahidə bərabərdir. Yəni 2021-ci ildəki real istehlak səviyyəmiz 2019-cu ilə nisbətən 4,8% azdır. Bu vəziyyətə qiymətlərin gəlirlərdən daha üstün sürətlə artması təsir edib.

Xərclərdəki 5,1 milyard manatlıq artımın cəmi üçdə biri real istehlakın bərpası ilə bağlı olub. Dəyər ifadəsinə çevirsək, 5,1 milyard manatlıq istehlak genişlənməsinin cəmi üçdə biri – 1,7 milyard manatı real istehlakın genişlənməsi hesabınadır. Yerdə qalan 3,4 milyard manat inflyasiyanın bizim cibimizdən çıxardığı vəsaitdir.

Beləliklə, 2021-ci il ərzində iqtisadiyyat üzrə gəlirlərin nominal olaraq 1,7 milyard manat artdığı halda əhalinin inflyasiyadan düşdüyü xərc bundan 2 dəfə çox – 3,4 milyard manat olub”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar