Çərşənbə, 25 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Amerika demokratiyasının tənəzzülü və Baydenin bir ili - Kiçik bir nəticə, lakin ağır bir miras...

Daxili qütbləşmələr Bayden administrasiyasının təkcə ilk ilini deyil, 4 ilini məşğul tutmaq üçün kifayətdir. Bəs xarici narahatlıqlar və çətinliklər haqqında nə demək olar?..

Sam Mensa
“Şarkul Avsat” qəzeti, 17 yanvar 2022-ci il

Cari ayın 20-də ABŞ prezidenti Co Bayden vəzifəsinin birinci ilini başa vuraraq, əldə etdiyi gəlirləri nəzərdən keçirməyi və səlahiyyət müddətinin qalan hissəsinin gəlirlərini hesablamağa çalışmağı zərurətə dönüşməkdədir.

Baydeni müdafiə etməkdənsə, qərəzsiz və obyektiv olmaq üçün qeyd etməliyik ki, o, Ağ Evə 6 yanvar 2021-ci ildə Konqres hücumu nəticəsində yaranan dərin yaradan sonra gəlib. Konqres hücumunu daşıdığı təhlükəyə görə 11 sentyabr 2001-ci il hadisələrinin yerli versiyası kimi xarakterizə etmək olar. Hücum üçün ortaya çıxan bəhanələr, bəlkə də, hücumun özündən belə daha təhlükəlidir və ən qabarıq olanı prezident seçkilərinin şəffaf və qərəzsizliyinin şübhə altına alınması və Birləşmiş Ştatların yaxın və uzaq tarixində görünməmiş şəkildə seçkiləri saxtalaşdırmaqda ittiham edilməsidir. Hadisə və onun səbəbləri Amerika demokratiyasına zərbə vurdu. Konqresə hücum konstitusion seçkilərin nəticələrinə tabe olmamağa, hakimiyyətin dinc yolla dəyişdirilməsini qəbul etməməyə, seçki prosesini təhrif etməyə və hakimiyyəti boşluqda saxlamağa cəhd kimi dəyərləndirilməklə yanaşı, totalitar və avtoritar rejimlər üçün istehza və əyləncə məsələsinə çevrilmişdir.

Demokratlar Partiyasının yaşadığı yarı-parçalanmaya və çaşqınlığa göz yummaq olmaz. Bunun altında Amerika solçu populist fəallarının artan rolu və onların Amerika cəmiyyətinin bütün təbəqələrinin öz alt kimliklərinə qayıtmasına imkan verən qütbləşməni gücləndirən kimlik siyasətini mənimsəmələri dayanır. Buna “vaxt və məsafəni sıxışdırmaq” konsepsiyasına əsaslanan iqtisadi ölçüsü ilə qloballaşmanın gələcəyinə korona pandemiyasının təsiri, həmçinin Amerika iqtisadiyyatı və onun dövrü əlavə olunur. Zamanın və məsafənin sıxılması anlayışı maneələrin və məkan məsafələrinin aradan qaldırılması və kapitalın daha sürətli hərəkəti deməkdir. Bununla belə, pandemiya qitələrarası tədarük zəncirlərini iflic etdi və böyük ölkələri, xüsusən də ABŞ-ı öz strateji iqtisadi siyasətlərinə yenidən baxmağa və məhsul və xidmətlər təqdim etmək üçün digər ölkələrdən, xüsusən də Çindən asılılığı azaltmağa sövq etdi.

Bu daxili məsələlərdən ən təhlükəlisi, şübhəsiz ki, “Freedom House” analitiklərinin diqqətəlayiq hesab etdiyi və 2010-2020-ci illər arasında sürətləndiyi Amerika demokratiyasındakı tənəzzüldür. Müvafiq olaraq, 100 baldan 94 olan ABŞ-ın sərbəstlik dərəcəsi 11 bal itirərək 83-ə düşüb. Bu geriləmə Avropada populizmin gücləndiyi və nəticədə, Avropa demokratiyalarının böhrana girdiyi bir vaxtda baş verdi. Çünki Çin və Rusiyanın diktatorluq meyilləri ikinci dünya müharibəsindən sonrakı dünya nizamının qaydalarına hörmətin vacib olduğu bir dönəmdə ortaya çıxdı.

Daxili qütbləşmələr Bayden administrasiyasının təkcə ilk ilini deyil, 4 ilini məşğul tutmaq üçün kifayətdir. Bəs xarici narahatlıqlar və çətinliklər haqqında nə demək olar?

Prezident Bayden Oval Ofisə köçdükdə o, həm də hər biri xarici siyasətin tarixən əsaslandığı ənənəvi normaları dəyişdirən çoxsaylı administrasiyaların çətin və mürəkkəb mirasını öz üzərinə götürdü. Bu administrasiyalardan birincisi Corc Buş hakimiyyəti idi ki, o, birtərəfli hərəkətin ABŞ-ın üstünlüyünü bərqərar edəcək normaya əsaslanan siyasət həyata keçirdi. Nəticədə “yaradıcı xaos” və “demokratiyanın ixracı” anlayışları meydana çıxdı. Hələ“ terror və şər oxuna” qarşı mübarizəni demirəm. Buşun xələfi Barak Obama administrasiyası “geridəki liderlik” normasını qəbul etdi, ardınca isə tərəddüd, çaşqınlıq və uğursuz müttəfiqlər məktəbi gəldi. Nəhayət, Donald Tramp administrasiyası daxili sənədlərlə bağlı siyasətdə dalğalanmalar, xarici siyasətdə qeyri-sabitlik və tarazlıq ilə xarakterizə olunan “Öncə ABŞ” prinsipini qəbul etdi.

Dünyanın son 10 ildə şahidi olduğu böyük hadisələrə ABŞ-ın qeyri-müəyyən və tərəddüdlü reaksiyaları yuxarıda qeyd edilən Amerika demokratiyasındakı ləngimənin təkcə ABŞ-a deyil, əksinə, beynəlxalq nəticələrə də faciəli və dərin şəkildə təsir etdiyinin ən yaxşı sübutudur. Yaxın Şərqdəki zəlzələdən və yarım qalan “Ərəb Baharı”ndan başlayaq. Bu zəlzələ nəticəsində bəzi diktaturalar aradan qalxdı, lakin demokratik keçid əldə olunmadı. Bəzi ölkələr parçalanarkən, digərləri müharibə dövrünə girdi. “Ərəb Baharı”nın ən mühüm müharibələrindən biri 2011-ci ildə üsyankar bir xalq ilə İrana və onun bölgədəki vəkkillərinə xalqını kökündən çıxarmaq üçün imkan verən, ardınca isə 2015-ci ildə rusları müdafiə etməyə çağıran Bəşər Əsədin diktator rejimi ilə xalq arasındakı Suriya müharibəsidir.

ABŞ administrasiyasının beynəlxalq aləmdə üzləşdiyi problemləri belə göstərə bilərik: Çinin Honq-Konqun xüsusi statusunu pozması, tələbə və aktivist hərəkatlarını boğması və burada Çin daxilində avtoritarizmi simulyasiya etmək cəhdi; Pekinin Şərqi və Cənub-Şərqi Asiyanın digər ölkələri ilə mübahisəli olan Cənubi Çin dənizində öz suverenliyini tətbiq etmək səylərini davam etdirməsi və Tayvanı təhdid etməsi; nəqliyyat infrastrukturuna nəzarət etmək və kredit verməklə ölkələrə hakim olmaq üçün “Bir Kəmər Bir Yol” vasitəsilə iqtisadi baxımdan genişlənməsi; Rusiyanın 2014-cü ildə Krımı işğal etməsi və bu gün Ukrayna sərhədində 100 mindən çox əsgər toplaması və işğalla təhdid etməsi. Həmçinin, iqtisadi və dolanışıq tələblərindən qaynaqlanan ictimai etirazları yatırmaq üçün əla rus aləti olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlılarının ölkəyə çağırıldığı Qazaxıstan hadisələri. Bundan əlavə, Moskvanın seçkilərə (xüsusilə Amerika) müdaxilə edərək Qərb demokratiyalarına sızmaq və qarışdırmaq cəhdləri də var. Nəhayət, nüvə proqramı, ballistik raket proqramı və Livan, Suriya, Yəmən və İraqda olduğu kimi ağılasığmaz məzhəb müharibələri ilə milli dövlətin əsaslarını dağıtmaqla, Körfəz ölkələrini və xüsusən də Səudiyyə Ərəbistanının beynəlxalq su yollarının təhlükəsizliyini təhdid etməsi.

Əgər Vaşinqtonda aydın baxış və uzunmüddətli strateji siyasət əsasında qərarlar qəbul edilsəydi, bütün bunlar baş verməzdi. Əgər ardıcıl adminstrasiyalar ABŞ-ın dünya nizamının jandarmı roluna son qoymasaydı və başqalarının bu boşluqdan qaçmasına imkan verməsəydi, bunlar baş verməzdi. Ərəb dünyasından geri çəkildikdən, Əfqanıstandan biabırçı şəkildə çıxdıqdan, zorakı və radikal təşkilatlarla kompromislərdən, Rusiya və Çinə bütün bu pozuntuları törətmək imkanı verəndən sonra Vaşinqton bu gün İranla istənilən vaxt yeni nüvə razılaşmasına doğru irəliləyir.

Şübhə yoxdur ki, Amerikanın dövlətlərin suverenliyinə qəsd edilməsinə, xalqların azadlıqlarının tapdalanmasına, diktaturalara qarşı bütün üsyanların yatırılmasına reaksiya vermək səviyyəsi aşağı düşüb.

Düzdür, Birləşmiş Ştatlar böyük iqtisadi və sosial problemlərlə üz-üzədir, lakin bu o demək deyil ki, dünya 200 ildən çox əvvəl əsasını qoyduğu prinsip və dəyərlər baxımından geriləmənin şahidi olacaq. Bu, o demək deyil ki, o, xüsusilə Birinci və İkinci Dünya Müharibəsindəki müsbət rolundan, nasizm və faşizmi məğlub etməkdən, müharibədən sonra Avropada və Yaponiyada gördüklərindən, məsələn, stalinizmi və Marşal planını mühasirəyə almaqdan geri çəkilməlidir.

Baydenin birinci ilinə qayıtsaq, Amerika siyasətinin 15 ildən çox fəaliyyətini qiymətləndirmədən onu mühakimə etmək çətindir. Bu müddət ərzində onun administrasiyası qərar qəbul edən deyil, ABŞ-a təsir edən pis bir idarəçilik idi. Ədalət naminə qeyd etmək lazımdır ki, ABŞ haqqında dediklərimiz onun sabitlik və firavanlığa can atan və Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirmək istəyən avropalı müttəfiqlərinə də aiddir, xüsusən də enerji sahəsində.

Bayden administrasiyası mandatının qalan hissəsi üçün daxildə və xaricdə bütün bu uğursuzluqları nəzərdən keçirə və bir çox yerlərdə diktaturanın yüksəlişi qarşısında avropalı müttəfiqləri ilə gələcəyin siyasətini alovlandıra biləcəkmi?

Bu sualın cavabının daxili parametrlərini Amerika tarixində ən önəmlisi olacaq aralıq seçkilərdə və 3 il sonra keçiriləcək prezident seçkilərinin nəticələrində görəcəyik. Vyana danışıqlarının nəticələri bizə onun xarici parametrlərini göstərəcək. Çünki bu nəticələr bizi yaxın günlərdə nələrin gözlədiyini göstərən bir kompasdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Bakının bu qəsəbəsindən 4 qızı aparıb xaricdə satdılar

"Çox keçməz ki, Rusiya qarşısında qalib Ukraynanı görəcək" - Qubad İbadoğlu

Naxçıvan xariqələri: Muxtar Respublikada mebel monopoliyasına Iğdırlı iş adamı baxır

Rektor təyin etmək üçün 150 min manatını aldı: Sabiq vəzifəli şəxsin cinayət əməlləri

144 saylı baxçanın müdiri yarım milyonluq villanı hansı pulla tikdirib? - Fotosənəd

Azərbaycan sosial dövlət anlayışından çıxır? - Zahid Orucdan şərh

“Barselona”nın sabiq vitse-prezidenti: “Azərbaycana futbolun baza strukturu lazımdır” 

“Moskva da, Brüsel də istəyir ki, münaqişə oçağı qalsın” 

İranlı nazir: “Astaraçay avtomobil körpüsü bu il açılacaq”

Ən çox oxunanalar