Bazar, 22 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub

Azərbaycan Dillər Universiteti ilə Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsi olan “Yaradıcılıq fakültəsi”nə yeni rəhbər təyin olunub. Verilən məlumata görə Fakültəyə tanınmış yazıçı Mübariz Örən rəhbərlik edəcək.

Yenidən formalaşdırılan "Yaradıcılıq Fakültəsi"nə qəbulla bağlı yeni müsabiqə də elan edilib.

Xalq yazıçısı, akademik Kamal Abdullanın ideyası ilə 2007-ci ildə yaradılan, qısa müddətdə ədəbi ictimaiyyətdə böyük rezonans doğuran, geniş ədəbi proseslərə yol açan “Yaradıcılıq fakültəsi” 2022-2023 tədris ilində tələbələrə Xarici dil (ingilis, rus), Mifologiya tarixi, Fəlsəfə, Dünya ədəbiyyatı, Müasir ədəbi proseslər, Mətnşünaslıq və s. fənlər üzrə dərslər təşkil edəcək, eyni zamanda, yazı sənəti, dram-kino sənəti ilə bağlı praktiki məşğələlər, Ustad dərsləri, görkəmli imza sahibləri ilə görüşlər, rəngarəng mədəniyyət tədbirləri həyata keçirəcək.

Dərslər həftədə 3 gün olmaqla 2 akademik saat təşkil edir.

“Yaradıcılıq fakültəsi”nə qəbul iki mərhələli olacaq. Birinci mərhələdə təqdim edilən yaradıcılıq nümunələrinin qiymətləndirilməsi, ikinci mərhələdə isə seçilən nümunələrin müəllifləri ilə müsahibə şəklində olacaq.

Fakültəyə qəbulla bağlı tələb olunan ilkin sənədlər aşağıdakılardır:

Tərcümeyi-hal;

Yaradıcılıq nümunəsi (5 şeir, yaxud 10 min işarəlik nəsr nümunəsi);

Təhsil sənədinin (şəhadətnamə, attestat, diplom, tələbə bileti və s.) surəti;

3×4 ölçüdə 2 ədəd fotoşəkil.

Tələb olunan sənədlər elektron formada 2022-ci il aprelin 1-dək bu ünvana göndərilməlidir: [email protected]

Qeyd edək ki, təhsil müddəti 2 il olmaqla illik təhsil haqqı 500 AZN təşkil edir.

Fakültəni bitirən məzunlara Azərbaycan Dillər Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun ortaq sertifikatı veriləcək. (sim-sim.az)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Deputat: “Sizcə, mənim oğlum, ya qızım müxalifətçi ola bilərmi?”

Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilib - Yenilənib

Səlim Müslümov müalicə müəssisəsinə köçürüldü

Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdama səfəri başlayıb - Yenilənib

AMEA-nın alimləri dava edib, bir-birini təhqir etdi - Qalmaqal

Gömrükdə baş verən özbaşınalıqlara nə vaxt son qoyulacaq? — Səfər Mehdiyev sahibkarları Prezidentə qarşı çevirir - Video

Baş prokurorun Goranboyda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb

Son sutkada 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası necə tətbiq olunacaq? - Açıqlama

Ən çox oxunanalar