Bazar, 22 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

2022-ci ildə ABŞ-Rusiya və NATO-Rusiya gərginliyinin proqnozları... - Nələr ola bilər?

Bu il ABŞ-Rusiya və NATO-Rusiya gərginlik xəttində sınma ola bilərmi?..

Politoloq: “Əgər Ukrayna və Gürcüstan NATO-ya üzv olarsa, bu Qara dənizin tamamilə NATO-nun daxili sularına çevrilməsi anlamına gəlir ki, bunu da Rusiyada təsəvvür edilməz geosiyasi fəlakət kimi dəyərləndirirlər”.

RusiyaABŞ arasında olan gərginlik 2022-ci ildə də davam edəcək. İlin ortalarına doğru bu gərginlik pik həddə çata bilər. Amma tərəflərin müharibə kontekstinə girmə ehtimalı zəifdir”.

Bu sözləri politoloq Turan Rzayev Ukrayna ətrafında cərəyan edən hadislər, o cümlədən NATO-nun şərqə doğru irəliləməsi fonunda artan ABŞ-RusiyaNATO-Rusiya gərginliyinin mümünkün nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

ABŞ-RusiyaNATO-Rusiya münasibətləri son Cenevrə danışıqlarından sonra cığırından çıxıb və belə görünür ki, tərəflər bundan sonra qarşılıqlı olaraq bir-birlərinin “qırmızı xəttlərini” keçəcəklər. Tərəflərin geri çəkilmək imkanları isə günü-gündən məhdudlaşır və aydındır ki, hər iki tərəfdən biri geri addım atarsa, bu həmin tərəfin böyük geosiyasi məğlubiyyətinə yol açacaq.

Bu vəziyyətdə 2022-ci ildə ABŞ-RusiyaNATO-Rusiya münasibətlərini necə proqnozlaşdırmaq olar? Tərəflərin geri addım atmaması halında Putinin qlobal müharibə üçün addımlar ata biləcəyinə ehtimal vermək olar? Ümumiyyətlə bu il ABŞ-RusiyaNATO-Rusiya gərginlik xəttində sınma ola bilərmi?

ABŞ-Rusiya münasibətlərini PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Rusiya tərəfi indiki halda müharibə variantının olması ehtimalını göstərsə də, buna getməyəcək”.

ABŞ-la Rusiya arasında qlobal müharibənin olması ehtimalının az olduğunu düşünən politoloq səbəb kimi nə Rusiyanın müharibəyə gedib özünün dağılma ehtimalını gücləndirmək istəmədiyini, nə də ABŞ-ın mövcud hegemon siyasi mövqeyinun pozulmasının istəməməsini göstərib:

“Hər ilin sonu və əvvəlləri ABŞ-Rusiya münasibətlərinin necə olması barədə suallar aktuallaşır. Ümumiyyətlə hər iki ölkə hərbi cəhətdən güclü və bir-birlərinə, o cümlədən bütün dünyaya təhdid yaradacaq ölkələrdir. Amma müqayisəyə baxanda mən ABŞ-la Rusiyanı eyni həcmdə ölkələr saymıram. Yəni ABŞ üçün indiki halda potensial rəqib Çindir. Rusiya isə Çin-ABŞ rəqabətində Çinin tərəfində yer alınması istənməyən bir orta gücdür və bu güc ancaq böyük nüvə arsenalına sahib olduğu üçün ABŞAvropa tərəfindən təhdid kimi dəyərləndirilir. Çindən fərqli olaraq, Rusiya Qərb üçün heç bir iqtisadi təhdid daşımır.

Hesab edirəm ki, RusiyaABŞ arasında olan gərginlik 2022-ci ildə də davam edəcək. İlin ortalarına doğru bu gərginlik pik həddə çata bilər. Amma tərəflərin müharibə kontekstinə girmə ehtimalı zəifdir. Birinci növbədə bu Rusiya tərəfinə görədir. Rusiya tərəfi indiki halda müharibə variantının olması ehtimalını göstərsə də, buna getməyəcək. ABŞ, ümumiyyətlə müttəfiqləri ilə müharibə etmək üçün Rusiyanın kifayət qədər iqtisadi gücü yoxdur. Sadəcə olaraq tərəflər arasında qarşılıqlı güc nümayişi davam edəcək və Rusiya “nüvə dəyənəyi”ndən daha çox yararlanmağa çalışacaq.

Turan Rzayev: “ABŞ birbaşa müharibədən daha çox iqtisadi sanksiyalar və siyasi təzyiqlərlə Moskvanın nüfuz dairəsini zəiflətməyə, böyük ehtimalla RusiyaSSRİ ssenarisi ilə bir daha parçalamağa çalışır”.

Məsələ də ondadır ki, illərdir ABŞRusiya arasında gərginlik eyni ssenari üzrə davam edir. ABŞ və Qərb müttəfiqlərinin sayını artırdıqca və Rusiya sərhəddinə yaxınlaşdıqca, bu Rusiyanı daha da aqressivləşməsinə gətirib çıxarır. Bu da öz növbəsində normaldır. Çünki Rusiya hər nə qədər ərazicə dünyanın ən böyük dövləti olsa da, küncə sıxışdırıldığını hər gün hiss edir. Mövcud Ukrayna gərginliyində də biz bunu görürük. Rusiyanın Ukrayna məsələsində narahatlığı Ukraynanın NATO-ya üzv qəbul edilməsidir ki, Rusiya bunu təhdid kimi görür. Eyni zamanda Gürcüstanla bağlı da eyni situasiya mövcuddur. Əgər Ukrayna və Gürcüstan NATO-ya üzv olarsa, bu Qara dənizin tamamilə NATO-nun daxili sularına çevrilməsi anlamına gəlir ki, bunu da Rusiyada təsəvvür edilməz geosiyasi fəlakət kimi dəyərləndirirlər. Yəni iki ölkə arasında olan gərginliyin əsas səbəbi budur.

ABŞ birbaşa müharibədən daha çox iqtisadi sanksiyalar və siyasi təzyiqlərlə Moskvanın nüfuz dairəsini zəiflətməyə, böyük ehtimalla RusiyaSSRİ ssenarisi ilə bir daha parçalamağa çalışır. Qlobal bir müharibə təhlükəsi ən dəqiq keçən əsrin 60-cı illərində - Kuba böhranı zamanı yaşandı. Yəni o vaxt əgər potensial gücə sahib olan, Avropanın yarısından çoxuna nəzarət edən SSRİ müharibəyə getmədisə, indiki zəifləmiş və daha da zəigləməyə doğru gedən iqtisadiyyatı ilə ABŞ-a qarşı müharibə aparması real ssenari deyil. Buna görə də indiki halda proseslərin bu templə davam edəcəyini, müəyyən vaxtlar ərzində gərginlik pik həddə çatsa da, daha sonra proseslərin səngiyəcəyini proqnozlaşdırmaq olar.

Hesab edirəm ki, ABŞ indiki halda sanksiyalarla Rusiyanı daha da zəiflətmək istəyir. ABŞ əsas olaraq çalışır ki, Rusiyanı sivil sistemdən çıxarsın. Yəni ABŞ çalışır ki, Rusiyanı müasir bank sistemindən, o cümlədən müasir texnologiya əldə etmək imkanlarından kənarlaşdıraraq bu dövləti Şimali Koreya səviyyəsində “izqoy” dövlətə çevirsin. Amma ABŞ-ın buna nail olub-opmayacağı sual altındadır. Çünki Rusiyanın Avropa ilə kifayət qədər qaz sazişləri var və Avropanın qazla təchizatında Rusiya demək olar ki, monopoliyaya sahibdir. Rusiyanın sivil sistemdən çıxarılması isə Avropanı enerji böhranı yarada bilər. Ona görə də Rusiyanın sivil sistemdən çıxarılması aparıcı Avropa dövlətləri də daxil olmaqla bir sıra dövlətlərin narazılığına səbəb oıa bilər. Xüsusilə Almaniya belə bir şeyin baş verməsini istəmir.

Turan Rzayev: “İstənilən halda Rusiya-ABŞ rəqabəti, SSRİ-ABŞ rəqbətindən daha aşağıdır. Bu rəqabətin də sonu elə SSRİ-nin agibətinə bənzəyəcək”.

Düşünürəm ki, Çinlə ABŞ arasında real müharibə ehtimalı daha çoxdur. ABŞ-la Rusiya arasında qlobal müharibənin olması ehtimalı azdır. Çünki nə Rusiya müharibəyə gedib özünün dağılma ehtimalını gücləndirmək istəyir, nə də ABŞ mövcud hegemon siyasətinin pozulmasını istəyir.

Nəzərə almaq lazımdır ki, belə müharibələr nəinki iki ölkə iqtisadiyyatını, hətta dünya iqtisadiyyatını da çökürdə bilər. Buna görə də dövlətlər belə müharibəyə getmirlər.

Onu da qeyd edim ki, istənilən halda Rusiya-ABŞ rəqabəti, SSRİ-ABŞ rəqbətindən daha aşağıdır. Bu rəqabətin də sonu elə SSRİ-nin agibətinə bənzəyəcək. Çünki Rusiyanın özündə kifayət qədər artan və milliyətçi duyğuları yüksələn etnik tərkibli xalqlar var. Bu xalqlar gec-tez Rusiyadan ayrılmaq istəyəcəklər. Bu da 2022-ci ildə baş verməyəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

AMEA-nın alimləri dava edib, bir-birini təhqir etdi - Qalmaqal

Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdama səfəri başlayıb - Yenilənib

Gömrükdə baş verən özbaşınalıqlara nə vaxt son qoyulacaq? — Səfər Mehdiyev sahibkarları Prezidentə qarşı çevirir - Video

Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası necə tətbiq olunacaq? - Açıqlama

Baş prokurorun Goranboyda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Son sutkada 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Ötən il dövlət büdcəsinin kəsiri proqnozdan 67 % az olub

Tahir Kərimli Rəsulzadənin qəbrini ziyarət etdi

Ən çox oxunanalar