Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çingiz Əsgərov: "Azərbaycanın Ermənistanla bağlı Avropa Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir"

"İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərlə bağlı Azərbaycan tərəfinin Ermənistana qarşı Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayətlər icraat mərhələsindədir".

PİA.az-ın xəbərinə görə, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi dövründə ermənilərin törədikləri cinayətlərlərlə bağlı Avropa İnsan Haqları Məhkməsinə şikayətlər verib: "Azərbaycan dövləti bu cür şikayətlərin göndərilməsimi hər zaman təşkil edib. Azərbaycan 2005-ci ildən bəri bu cür şikayətləri hazırlayaq məhkəmə göndərib. Bu şikayətlər arasında Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsi, mülkiyyətlərinə ziyan dəyməsi ilə bağlı müraciətlər də var. Bunlar hamısı Azərbaycan dövləti tərəfindən görülən tədbirlərdir".

Ali Məhkəmənin sədr müavini qeyd edib ki, Vətən müharibəsi zamanı mülki vətəndaşlara qarşı törədilmiş cinayətlərlə bağlı şikayətlər Avropa İnsan Haqları Məhkəməsinin icraatında ilkin mərhələdir: "Azərbaycan tərəfindən mövqe gələn aydan Avropa Məhkəməsinə təqdim olunacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar