Çərşənbə axşamı, 24 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Türkmənistanda ərzaq qıtlığı: Vətəndaşlar dotasiyalı qida məhsulları ala bilmirlər

Türkmənistanda subsidiyalaşdırılmış məhsulların paylanmasının qismən ləğvi və ərzaq rasionunda yer alan bəzi məhsulların qiymətinin qalxmasına narazılığını bildirən əhali təzyiq altındadır.

Ovqat.com “Azatlyk” radiosuna istinadən xəbər verir ki, Aşqabadın mikrorayonlarından birinin sakinləri dotasiyalı ərzaq məhsulları ala bilmədikləri üçün ölkənin Ticarət Nazirliyinə kollektiv şikayət ərizəsi göndəriblər. Aldıqları cavab isə polisə çağrılmaq olub.

“Yeni il bayramlarından dərhal sonra uniformalı iki polis leytenantı paytaxt mikrorayonlarından birində “şikayətçilərin” mənzillərini gəzərək onlara istintaq idarəsinə gəlməyi əmr edib. İstintaq idarəsində onlara yemək payı ilə qane olmadıqlarını bildirən müraciətdən imtina etmək təklif olunub, əks halda cinayət işi açacaqları ilə hədələyiblər. Çoxları imzalarından imtina edib”, - məlumatda belə deyilir.

“Azatlyk”in bu məsələ ilə bağlı məlumat verən müxbirlərinin bildirdiyinə görə, sakinlər təxminən bir ay əvvəl Ticarət Nazirliyinə ərizə yazıblar.

“Əsasən təqaüdçülərdən ibarət olan sakinlər Ticarət Nazirliyinə yazdıqları ərizədə “Raduqa” mağazasının satıcılarından şikayətləniblər. Məktubda bildirilirib ki, onlara rasionda nəzərdə tutulan kərə yağı artıq bir neçə dəfədir verilməyir, satıcılar çəkidə də sakinləri aldadırlar. Adətən çoxları işdə olanda aylıq yemək rasionu paylaşdırmaq üçün məhəllələrə gətirilir və insanlar öz paylarını ala bilmirlər. Mağazanın özündə isə mağaza müdiri olmadıqda talonları qəbul etmirlər”, - nəşrə məlumat verən sakinlərdən biri belə deyib.

Məlumata görə, sakinlərin sadaladığı problemlər konkret bir mağaza ilə məhdudlaşmır, oxşar vəziyyət Aşqabadın demək olar ki, bütün mağazalarında baş verir. “Azatlık” radiosu “Raduga” mağazası və Türkmənistan Ticarət Nazirliyi ilə əlaqə saxlamağa çalışıb, amma onlardan heç bir şərh ala bilməyib.

Dotasiyalı qiymətlərlə ərzaq təminatı ilə bağlı problemlərin həllini istəyən şikayətçilərin əsasən əhalinin ən həssas hissəsini təşkil edən pensiyaçılar olduğunu bildirən nəşr xəbər verir ki, ilin əvvəlində ölkə hökuməti pensiyaların 10 faiz artırılmasını açıqlamışdı. Rəsmi məlumata görə, bu ilin əvvəlindən Türkmənistanda minimum pensiya 410 manat təşkil edir. Türkmənistan Mərkəzi Bankının məzənnəsi ilə xarici valyuta baxımından 410 manat 117 dollar, qara bazarda isə təxminən 18,6 dollardır.

“Bu arada ölkədə kifayət qədər pensiyaçılar var ki, onların pensiyaları rəsmi elan edilən minimum pensiyadan belə xeyli aşağıdır. Türkmənistanda 27 il iş stajı olan təqaüdçülər var ki, ayda sadəcə 300 türkmən manatı dəyərində pensiya alırlar”, - “Azatlyk” radiosunun məlumatında vurğulanır.

Məlumata görə, Türkmənistanda əhalinin böyük əksəriyyəti hökumətin müəyyən etdiyi qida standartından asılıdır. Dotasiyalı qiymətlərlə qida rasionunun miqdarı və dəyəri il ərzində əhəmiyyətli dərəcədə dəyişilib. Bu da azmış kimi, bəzi ərazilərin sakinləri fevral ayından etibarən rasionun tam ləğvi ilə bağlı xəbərdarlıq edilib.

Bildirilir ki, yeni il ərəfəsində qənd və günəbaxan yağının qiyməti az qala iki dəfə bahalaşıb. Bu da ciddi ajiotajlara səbəb olub. Ötən gün bir sıra rayonlarda dotasiyalı qida məhsullarının verilməsi bərpa edilib. Dotasiyalı qiymətə ərzaq satan mağazalara hər ailə üçün 45 manata yumurta və toyuq budu gətiriblər. Azatlıq-ın Aşqabaddakı müxbirinin yanvarın 11-də verdiyi məlumata görə, başqa yerlərdən də yeni qiymətlərlə yağ və şəkər gətirilib və çoxları onları almaqdan imtina edib.

Müxbirin sözlərinə görə, bəzi hallarda sakinlərə yalnız toyuq budu və yumurta götürməyə icazə verilib. Bir çox yerlərdə insanlar pulları olmadığından ucuz ərzaq malları üçün evlərindən çölə çıxmağa belə həvəs göstərməyiblər.

Aşqabadda ərzaq payı əsasən əhali arasında satılır və evlərə çatdırılır, rayonlarda isə yaşayış yeri üzrə dövlət mağazalarında sakinlərə təklif olunur. Qıt məhsulların - un, yağ, şəkər və yumurtanın satışı uzun növbələrlə müşayiət olunur. Bu məhsullar aylarla ucqar rayonlara gətirilmir. Bununla yanaşı, Aşqabadda çörək növbələri də artır. Ölkədə adi mağazalarda satılan məhsulların kommersiya qiymətləri artmaqda davam edir.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

“2023-cü ildə Putin olmayacaq...” - Dünyanı şəkilləndirən şəxslərdən biri olan Mİ-6-nın sabiq rəhbəri…

Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var — Fakt

Sahil Babayev son 3 ayda daha 23 min pensiyaçını “zərərsizləşdirdi” – Nemət Əliyev statistikanı açıqladı

Ukrayna necə aldadıldı? – ABŞ səfirindən ilginc cavab

Olmasaydı dünyada… – Bir daha elm, alim və təvazökarlıq barədə düşünərkən

Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib - Video

“İgid əsgər, möhkəm dayan” mahnısının həsr edildiyi Milli Qəhrəmanımızın doğum günüdür - Video

Sürücülərin nəzərinə: Mühərrik yağları kəskin bahalaşdı - Video

“Aeroflot” sanksiyalara görə təyyarələrini ehtiyat hissələrinə ayıracaq - Blomberg

Rüstəm Muradov Ukraynada yaralandı, bacısı oğlu öldü - Foto

“Qarabağ”ın Çempionlar Liqasındakı bütün rəqibləri bilindi

“ŞTUTQART” mağazalar şəbəkəsi adını niyə dəyişir?

Ən çox oxunanalar