Çərşənbə, 25 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Zəngəzur dəhlizi bölgə üçün mühüm əhəmiyyət kəsb edir

PİA.az Azərbaycan Jurnalistlər Birliyinin üzvü İsrafil Kərimovun yazısını təqdim edir...

Yanvar ayının 12-də Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində müharibədən sonra kommunikasiyalarla bağlı görulən işlərə xüsusi toxunmuşdur. Qeyd edilib ki, Zəngəzur dəhlizinin yaradılması ilə region dövlətləri arasında nəqliyyatla bağlı bütün maneələr aradan qaldırılacaq.
Müsahibədə Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandıran Prezident İlham Əliyevin vurğuladığı bu məsələ ilə bağlı irəliləyişləri siyasi-diplomatik müstəvidə, gündəlik həyatımızda hiss edirik. Artıq Bakıdan Naxçıvana təyyarələr Ermənistan üzərindən uçur. Bununla da Zəngəzurun hava dəhlizi ilə bağlı istəklər reallaşdı.

Müsahibəsində məsələ ilə bağlı tarixə nəzər salan, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi daim Azərbaycanda aparılan quruculuq işləri ilə maraqlanan ulu öndər Heydər Əliyevin Zəngəzurla bağlı xidmətlərindən söz açan dövlət başçımız İlham Əliyev bildirdi ki, onun göstərişi və təkidi ilə Ermənistanın o vaxtkı rəhbərliyi məcbur olub bu layihəyə icazə verib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə İkinci Qarabağ müharibəsinin Azərbaycanın Zəfəri ilə başa çatması ədalətin bərpası olmaqla Zəngəzur dəhlizinin açılmasını da aktuallaşdırdı. Hazırda avtomobil yolunun marşrutu ilə bağlı danışıqlar gedir. Zəngəzur termini beynəlxalq leksikona da daxil edilib. Xarici qonaqlar belə bu ərazini Sunik kimi deyil, Zəngəzur adı ilə tanıyırlar. Zəngəzur dəhlizinin 3+3 formatının region dövlətlərinin maraqlarına uyğun olduğu etiraf edilir.

Bu gün azad edilən ərazilərimizdə yol infrastrukturunun qurulması ilə bağlı böyük işlər həyata keçirilir. Təkcə Kəlbəcər, Laçın, ZəngilanQubadlıda 700 kilometrə yaxın yol çəkilib. Bu, həm xidməti, həm də hərbi yol sayıla bilər. Sərhəddə yaxın ərazilərdə çalışan işçılər çətin şəraitdə çalışır, onlara əks-tərəfdən müntəzəm olaraq atəş açılır. Lakin buna baxmayaraq işlər davam edir. Yaxın gələcəkdə Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında avtomobil yolu çəkiləcəkdir. Yolun çəkilişinə rəsmi İrəvan artıq öz razılığını verib. Azərbaycan Ermənistanı bu razılığa heç bir zor tətbiq etmədən məcbur etdi. Odur ki, istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına rəsmi İrəvan nə vaxtsa hazır olacaqdır. Onlar düzgün seçim etməlidirlər. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün yüz dəfə daha çox əsasımız var. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur Azərbaycandan ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə Azərbaycan sülhə hazırdır.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Bakının bu qəsəbəsindən 4 qızı aparıb xaricdə satdılar

Prezident Cavid Qurbanovu nazir müavini təyin etdi

"Çox keçməz ki, Rusiya qarşısında qalib Ukraynanı görəcək" - Qubad İbadoğlu

Mövlam Şıxəliyevin səs yazısı açıqlanıb, məhkəmədə ara qarışıb

Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib

Samir Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib

Prezidentin təyin etdiyi yeni nazir müavini kimdir? - Dosye

Naxçıvan xariqələri: Muxtar Respublikada mebel monopoliyasına Iğdırlı iş adamı baxır

Rusiya Xarici İşlər Nazirliyi “yalan və nifrət nazirliyinə” necə çevrildi

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ilk görüşü keçirilib

Ən çox oxunanalar