Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Kərimova korrupsiya ittihamı – "Bunlar ancaq bunu plan kəsirinə salıblar…"

Ekologiya və Təbii Sərvətlər Nazirliyində olan saxtakarlıqların üstünü Ekologiya Nazirinin müavini Vüqar Kərimov ört-basdır edir.

AzToday.az bildirir ki, bu barədə azinfo.tv saytı məlumat yayıb. Məlumatda daha sonra deyilir:

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçilərindən birinin redaksiyamıza göndərdiyi məlumata görə, 2018-ci ildə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi yaranan zaman, orada 1150 hektar dövriyyədə əkin olub, o əkinin 650 hektarı aqrobağ olub. Region yaranandan sonra, ora ilk baş əkin mühəndisi Faiq Əmişovu verdilər. 2019-ci ildə 250 hektar əkin batıb, 2020-ci ildə ildə isə 230 hektar, 2021-ci ildə isə 370 hektar. Bu yazılan batkılar ETSN-nin müavini Vüqar Kərimovun əli ilə gizlədilib. 2021-ci ildə bir qrup şikayətçinin şikayəti əsasında Hesablama Palatası və Ekologiya Nazirliyinin audit qrupunun əməkdaşları tərəfindən üzə çıxdı. 2021-ci ilin son rübü audit yoxlaması cəmi bu əkinlərə 25 000 manat cərimə yazıb. Bu isə çox cüzi bir miqdardır. Sözügedən batan əkinlərə 500 000 manatdan çox dövlət vəsait xərclənib. Bu əkinlər, əsasən Faiq Əmişovun vaxtilə baş əkin mühəndisi və sonra isə baş meşəbəyi olduğu dövrlərdə olan səriştəsizliyi nəticəsində batıb. Baş mühafizə mühəndisi Abturab Bağırov da bu batan əkinlərə Faiq Əmişovla şərikdir. Çünki sözügedən əkinlərin mühafizəsinə (mal-qaradan qorunmasına) bir başa Abturab Bağırov cavabdehdir. Hər il bu əkinlərə doldurma aparılıb, 100.000-lə ting sərf olub və toxumacıqlar silinib. Bunlar ancaq bunu plan kəsirinə salıblar. Bu əkinlərin batma səbəbi Faiq Əmişovla Abturab Bağırovun meşə işini və vəzifələrinin öhdəsindən layiqincə gələ bilməməsidir.

Bunlar hər il belə saxta yoxlamalar keçirdilər;

Təftiş ildə 2 dəfə,

Operativ ildə 6 dəfə və nəzarəti isə ildə 2 dəfə. Görəsən, bu keçirilən yoxlamalarda niyə həmin batkılar yazılmayıb?!

Ümid edirik gec-tez Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində olan cinayətkar dəstə törətdiyi bu cinayətlərə görə öz havadarları ilə birlikdə layiqincə qanuna müvafiq şəkildə öz cəzalarını alacaqlar”.

İddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini işığlandırmağa hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar