Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibənin bir addımlığında...

Sərhədə yaxın bazada 24 bombardmançı göründü, ”İsgəndər”lər də gedir...

2022-ci ilin əvvəlindən başlayaraq Rusiyanın Voronej vilayətindəki “Baltimor” aviabazasına 24 Su-34 qırıcı-bombardmançıları yerləşdirilib.

virtualaz.org xəbər verir ki, aviabaza Ukrayna sərhədlərindən cəmi 180 kilometr məsafədədir və orada yerləşdirilən 4++ nəsil qırıcı-bombardmançılar Rusiyanın bu ölkəyə gözlənilən hücumu zamanı cəmi bir neçə dəqiqə ərzində havaya qalxıb Ukrayna ərazisindəki hədəflərə hava zərbələri endirə bilər.

Yanvarın 15-də dərc edilmiş peyk fotolarına əsasən hazırda “Baltimor” aviabazasında 22-dən 24-ə qədər Su-34 qırıcı-bombardmançıları var. İki eskadrilyada cəmləşdirilmiş bu təyyarələr təkcə Ukrayna istiqamətindən deyil, Belarus istiqamətindən də hava hücumları həyata keçirə bilər.

Digər məlumata görə Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədlərinə doğru “İsgəndər-M” operativ-taktiki raket kopleksləri daşınır. “Conflict Intelligence Team” (CIT) layihəsi şahidlərdən biri tərəfindən çəkilən və  bir neçə gün əvvəl Uzaq Şərqdə dəmir yol eşalonlarına yüklənən “İsgəndər-M” komplekslərinin görüntülərinin əks olunduğu videokadrları yayıb. 

Komplekslərin üstü brezentlə örtülsə də ekspertlər söhbətin “İsgəndər-M” komplekslərindən getdiyini ayrıd etməkdə çətinlik çəkməyiblər. Bundan əvvəl də Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədlərinə doğru müxtəlif hərbi texnika yüklənmiş onlarla eşalonun hərəkəti qeydə alınmışdı, lakin həmin texnikanın üstü brezentlə örtülməmişdi.

Bildirilir ki, “İsgəndər” kompleksləri yanvarın 13-də Sverdlovsk vilayətində çəkilmiş videoya da düşüb. Həmin videoda komplekslər üçün 7 metr uzunluğunda raketləri daşıyan “KamAZ” avtomobilləri də görünür. Ehtimal edilir ki, Ukrayna sərhədlərinə tərəf Uzaq Şərqdə dislokasiya olunmuş 103-cü və ya 107-ci raket briqadasının “İsgəndər” kompleksləri göndərilib.

Xatırladaq ki, ABŞ administrasiyası Rusiyanın Ukranyaya hücumunun yanvarın sonlarında, fevralın əvvəllərində başlaya biləcəyi haqda xəbərdarlıq edib. Vaşinqtondan açıqlanan məlumatlara görə Rusiya bəhanə kimi Ukrayna ordusunun Donetskə “qəfil hücumunu” istifadə edəcək. Belə hücum görüntüsü yaratmaq üçün isə xüsusi təlim keçmiş bir qrup Rusiya hərbçisi Ukrayna ordusunun formasında Donetskdə partlayışlar və atışma törədəcək, o cümlədən dinc sakinlərin öldürülməsi istisna deyil. virtualaz.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar