Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qədim və müasir şəhər” - “Pervıy kanal” tamaşaçıları Bakıya səfərə dəvət edib

Rusiyanın “Pervıy kanal” televiziyası Bakı barədə xüsusi süjet hazırlayıb.

PİA.az xəbər verir ki, “Непутевые заметки” verilişinin ikinci hissəsində aprıcı Dmitri Krılov tamaşaçıları Bakıya səfər etməyə, onun unikal ab-havasına qərq olmağa və bu qədim, eyni zamanda çox müasir şəhərin cazibəsini bir daha açmağa cəhd etməyə dəvət edir.

Aparıcı Azərbaycan sakinlərinin qonaqpərvərliyini vurğulayıb. Süjetdə Bakıda Yeni il öncəsi bayram əhval-ruhiyyəsi, yarmarkadakı alqı-satqı, habelə paytaxt sakinlərinin mehribanlığı, şəhərin gözəlliyi xüsusi vurğulanıb. Şəhərin xüsusi ab-havası, sakinlərin coşqunluğu telekanalın tez-tez vurğuladığı əsas cizgilərdəndir.

Bakı süjetdə Avropanın müasir şəhərlərinə bənzədilir: "Bakıda gəzəndə özünü olduqca rahat hiss edirsən". Telekanal Bakını şərqin Parisi adlandırır, sakinlərin mehribanlığını nəzərə çatdırır.

Eyni zamanda Azərbaycanın paytaxtının arxitekturasının qədim şərq ölkələrinin Mərakeşin, Tunisin bir sıra yaşayış məntəqələrinə bənzəməsi önə çəkilir. Telekanal İçəri Şəhərin tarixi arxitekturasına da xüsusi yer ayırıb.

Aparıcı qədim şərq üslubunun, arxitekturasının nəzərə çarpdığı Bakının son illər eyni zamanda həm də müasirləşdiyini qeyd edərək, şəhərin modernləşdiyini xüsusi diqqətə çatdırıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar