Çərşənbə, 25 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ekspert: “2022-ci ildə manatın məzənnəsinin sabitliyi qorunacaq”

Son illər Azərbaycan valyutası öz sabitliyini etibarlı şəkildə qoruya bilir. Bunu Azərbaycan dövlətinin yeritdiyi düzgün siyasətin nəticəsi hesab etmək olar. Manatın regionda ən sabit və etibarlı valyutaya çevrilməsi onun ödəniş və yığım funksiyasını gücləndirir.

İqtisadçı-ekspert Xalid Kərimli “Report”a 2022-ci ildə də manatın dollara nəzərən məzənnəsində sabitliyin qorunması ilə bağlı əminliyini bildirib.

Ekspert Azərbaycan manatının 2016-cı ildən dollara nisbətdə fiksasiya edildiyini belə izah edib:

“Əslində, Azərbaycan valyutası sabit rejimdə deyil. Bu heç “üzən” rejim də hesab olunmur. Hazırda manat dollara fiksə edilmiş rejimdədir, termin olaraq buna “hard peg” deyirlər. Yəni, valyuta konkret olaraq digər valyutaya mismarlanır. Manat üçün bu valyuta ABŞ dollarıdır. Beləliklə, dollar bahalaşanda bizim valyuta bahalaşır, ucuzlaşanda ucuzlaşır. Məsələn, 2021-ci ilin mart ayından dollar bahalaşmağa başladı. Beləliklə, bizim valyuta da avro və ya funt sterlingə nisbətdə bahalaşdı”.

Ötən il Mərkəzi Bankın valyuta ehtiyatlarında da cüzi də olsa, artım müşahidə olunduğunu deyən X.Kərimli son aylarda, xüsusilə türk lirəsinin çöküşü ilə manatın ucuzlaşması riski yarandığını diqqətə çatdırıb:

“Ümumilikdə ötən ili müsbət başa vura bildik. Bu il də enerji qiymətlərinin bahalı olması milli valyutanın kursunun etibarlı qalacağına dair gözlənti formalaşdırır.

Təbii ki, risklər də qaçılmazdır. Doğrudur, xüsusən enerji qiymətlərinin baha olduğu indiki məqamda manata elə bir təzyiq yoxdur. Lakin manatın kursu enerji qiymətlərindən ciddi şəkildə asılıdır. Təbii ki, Mərkəzi Bankın siyasəti qısamüddətli fluktasiyaları, psixoloji təzyiqləri, təsiri çox qalmayacaq amilləri məzənnədə hiss etdirməməkdən ibarətdir.

Bildiyiniz kimi, hazırda ABŞ siyasətinin əsası dolların bahalaşmasına hesablanıb. Bu siyasət belə davam edərsə, birbaşa manata da təsir göstərəcək.

Bizə təkcə dolların bahalaşmasının yox, eyni zamanda yaxın ölkələrin Qazaxıstan, Rusiya, Türkiyə valyutalarının qiymətinin dəyişməsinin də təsiri var. Manatın bahalı saxlanılması ortamüddətli və uzunmüddətli dönəmdə bizim qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritetinə uyğun deyil. Bu baxımdan Mərkəzi Bankın kifayət qədər resursları var ki, müəyyən müddətdə manatın qiymətini stabil saxlasın. Lakin bu, 2015-ci ildəki kimi 10 milyard ABŞ dolları hesabına başa gəlməməlidir. Halbuki onda belə istənilən nəticə əldə olunmadı”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Prezident Cavid Qurbanovu nazir müavini təyin etdi

Bakının bu qəsəbəsindən 4 qızı aparıb xaricdə satdılar

"Çox keçməz ki, Rusiya qarşısında qalib Ukraynanı görəcək" - Qubad İbadoğlu

Mövlam Şıxəliyevin səs yazısı açıqlanıb, məhkəmədə ara qarışıb

Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının tam siyahısı məlum olub

Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib

Azərbaycanda bəzi dövlət rüsumları ləğv edilib

Azərbaycanlı aktyorun Türkiyədə öldürülməsinin videosu yayıldı - Yenilənib

Samir Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib

Prezidentin təyin etdiyi yeni nazir müavini kimdir? - Dosye

Ən çox oxunanalar