Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ evdən həyacanlı bəyanat: Müharibənin nə zaman başlayacağı açıqlandı

Ağ evin rəsmi nümayəndəsi Ceyn Psaki bəyan edib ki, Birləşmiş Ştatlar administrasiyasının əldə etdiyi yeni məlumatların təhlilinə əsasən Rusiyanın Ukrayna üzərinə hücumu yanvarın sonlarında başlayacaq. Lakin o hücumun fevralın əvvəllərində başlamasının da nəzərdən keçirildiyini deyib. “Biz narahatıq ki, Rusiya hakimiyyəti hərbi müdaxilə hazırlayır”, - Psaki bildirib.

Ağ ev nümayəndəsi deyib ki, Rusiya 2014-cü ilin ssenarisi ilə hərəkət etməyi planlaşdırıb. “Bu baş verənlər bizi 2014-cü ilə qaytarır, o cümlədən sabotaj və Ukraynanı Donbassdakı Rusiya qüvvələrinə qaçılmaz hücuma hazırlaşmaqda ittiham etməyə yönəlmiş informasiya əməliyyatları. Rusiya belə əməliyyatları bu cür intensivliklə hücuma bir neçə həftə qalmış həyata keçirir”, - Psaki əlavə edib.

Ağ ev nümayəndəsi Moskvanın hücum üçün saxta bəhanə hazırladığını da deyib. Bundan əvvəl Pentaqon nümayəndəsi Con Kirbi analoji bəyanatla çıxış etmişdi və bildirmişdi ki, kəşfiyyatın əldə etdiyi məlumatlara görə əvvəlcə xüsusi təlim keçmiş bir qrup Rusiya hərbçisi başqa ölkənin (görünür Ukraynanın) bayrağı altında Donbassa hücum edəcək, orada küçə döyüşləri aparacaq və partlayışlar törədəcək. Bu zaman Ukraynanı ittiham etmək üçün rusların bir-birini öldürməsi də  nəzərdə tutulur. Ardınca isə Rusiya Ukraynanı Donbassa hücumda ittiham edərək “öz vətəndaşlarını qorumaq” adı altında irimiqyaslı hərbi müdaxilə başladacaq.

Xatırladaq ki, yanvarın əvvəlindən etibarən Rusiya Ukrayna sərhədlərinə hərbi texnika və canlı qüvvə cəmləşdirilməsini intensivləşdirib. Son iki həftə ərzində hərbi texnika yüklənmiş onlarla eşalonun Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədləri istiqamətində hərəkəti qeydə alınıb. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar