Çərşənbə, 05 Oktyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşağın döyüldüyü bağça bütün paylaşımlarını sildi - Fotolar

Xəbər verdiyimiz kimi, İsmayıllıda 1 saylı uşaq bağçasında tərbiyəçi körpəni vurub. Qısa müddətdə geniş rezonans doğuran bu hadisə sözügedən bağçanın sosial şəbəkə hesabına da diqqət çəkib.

PİA.az xəbər verir ki, bağçanın səhifəsində mütəmadi paylaşılan uşaqların yemək yeməsi ilə bağlı görüntülər müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçiləri həmin videoların da elə yayılan görüntüdəki şəraitdə - uşaqlara şiddət tətbiq edilərək çəkildiyini iddia ediblər. Uşaqların qorxaq, ürkək baxışları da diqqətdən yayınmayıb.

Bu gün axşam saatlarında isə bağçanın sosial şəbəkə hesabından paylaşımlar silinib. Əvvəlcə uşaqların yemək yediyini əks etdirən görüntülər “yoxa çıxıb”, sonradan isə bütün paylaşımlar silinib.

Qeyd edək ki, məsələnin ictimailəşməsindən sonra körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi ləğv edilib.(qafqazinfo)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məktəbdə döyülən şagirdlə bağlı tibbi ekspertiza təyin olunub  - Video, Yenilənib

Ermənilər yaralı Azərbaycan hərbçilərini gülləbaran ediblər - Video

Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirilib - Saxlanılanlar var

Peskov Paşinyanın arvadını təkzib edib: “Növbəti sərsəmləmədir”

Bakı və Yeravan noyabrda sülh sazişi imzalayacaqlar

Türkiyədə intihar edən azərbaycanlının yaxınları axtarılır

Gömrükdə daha bir general vəzifəsi ilə vidalaşıb

AMEA-da kütləvi ixtisar: İşçilərin böyük hissəsi işdən çıxarıldı

"Meyitin yanma vaxtını müəyyən etmək üçün qoyun cəsədi üzərində eksperiment aparılıb" - "NƏRMİN İŞİ"

Müslümovun oğullarının adına aldığı milyonluq mülklər - Siyahı

Ən çox oxunanalar