Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Volodimir Zelenski Azərbaycan Prezidentinə təşəkkür edib

"Ukraynanı, bizim suverenliyimizi, dövlətlərimiz arasında mövcud olan birgə layihələri dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, həmin layihələr gələcəkdə bizim münasibətlərimizi inkişaf etdirəcək".

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayanaya səfəri çərçivəsində keçirilən geniş tərkibli görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Bu gün biz bir neçə məsələni qaldırdıq: enerji xarakterli, infrastruktur, nəqliyyat məsələləri, hərbi-texniki əməkdaşlıq və sair – çoxlu məsələlər. Düşünürəm ki, aqrosənaye kompleksi məsələsi ən vacib məsələdir, ona görə ki, bu gün ərzaq təhlükəsizliyi təbabətdə təhlükəsizlik və ya dünyada prioritet olan enerji təhlükəsizliyi və müstəqillik ilə müqayisədə heç də az aktual deyil. Fikrimcə, bu birgə layihələrin başlanğıcı kimi mühüm sənədləri biz hökmən imzalayacağıq və bu layihələrin nazirliklər səviyyəsində tamamlanmasını davam etdirəcəyik.

Azərbaycan Prezidentinə bir daha təşəkkür etmək istəyirəm ki, belə mürəkkəb bir zamanda Ukraynaya səfər üçün vaxt tapıb. Bu, birinci səfər deyil və artıq dəqiq başa düşürəm ki, sonuncu səfər də deyil”, - V.Zelenski qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar