Bazar ertəsi, 17 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İlham Əliyev: "Ukrayna və Azərbaycan uzun illər ərzində bir-birilə uğurla əməkdaşlıq edir"

"Ukrayna və Azərbaycan uzun illər ərzində bir-birilə uğurla əməkdaşlıq edir, biz beynəlxalq platformalarda da bir-birimizin maraqlarını müdafiə edirik".

PİA.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi geniş tərkibdə görüşündə deyib.

Dövlət başçısı bildirib:

"İki ölkənin bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi, müdafiə edilməsi əməkdaşlığımızın səviyyəsindən xəbər verir. Bu gün siyasi dialoqla bərabər, çox geniş iqtisadi gündəliyimiz var. Bu gün biz Sizinlə bu gündəliyi geniş, bir-bir müzakirə etdik və qeyd etdiyiniz kimi, çox gözəl perspektivlər var".

"Şadam ki, artıq iqtisadi sahədə canlanma var, baxmayaraq ki, pandemiya hələ davam edir. Amma ticarət dövriyyəmizin qalxmasına nəzər salsaq görərik ki, müsbət meyillər mövcuddur. Bu gün müzakirə etdiyimiz və əminəm ki, həyata keçiriləcək məsələlər və layihələr bizim iqtisadi əməkdaşlığımızı dərinləşdirəcək. Ənənəvi olaraq, energetika sektorunda bizim əməkdaşlığımız var, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR uzun illər Ukraynada fəaliyyət göstərir və bu fəaliyyəti genişləndirmək istəyir. Nəqliyyat, kənd təsərrüfatı, turizm sektorlarının da böyük perspektivləri var. Əsas odur ki, hökumətlərarası komissiya bütün bu məsələləri geniş təhlil edib konkret qərarların hazırlanması ilə bağlı bundan sonra da fəal məşğul olsun. Mən komissiyanın fəaliyyətini müsbət qiymətləndirirəm və eyni zamanda, müxtəlif dövlət qurumları arasındakı təmaslar da son vaxtlar daha intensiv xarakter alır. Həm qarşılıqlı səfərlər, eyni zamanda, telefon vasitəsilə təmaslar bir çox məsələlərin həllinə xidmət göstərir", - Prezident qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qazaxıstan parlamenti Nazarbayevin ölümü ilə bağlı şayiələrə münasibət bildirib

Əsgərlik şərəfini yaşamayan Tolikin təhqir etdikləri: MAXE, şəhid, qazi, Əbülfəz Elçibəy...

“Əslində heç Azərbaycan da “Zəngəzur dəhlizi”nin açılmasında maraqlı deyil” - Əsətun Oruclu

Rüstəm Aloyan: "Azərbaycanlı qaçqınları Ermənistana qaytarmaq lazımdır"

Büdcədən maliyyələşdirilən sahələrdə çalışanların maaşı artırılıb

Rusiyada qəhrəmana çevrilmiş azərbaycanlı etdiyi hərəkətdən danışdı - Video

“Haqqında danışdığım rüşvətxor nazirlərin hamısı barədə tədbirlər görülüb” - Hafiz Hacıyev

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı məlumat yayıb

KOBİA sədrindən süni qiymət artımına qarşı reaksiya - Foto

Ziya Məmmədovun oğlu xanımına təmtəraqlı ad günü keçirtdi - Video+Fotolar

Ən çox oxunanalar