Çərşənbə axşamı, 24 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

KTMT qoşunları Qazaxıstandan niyə tez çıxarıldı? - Pərdəarxası məqamlar...

Böyük xərc çəkərək qoşunları və texnikanı Qazaxıstana yollamaq və iki gün sonra heç yerləşmədən Qazaxıstandan qoşunları çıxarmaq nə qədər məntiqli idi?..

Politoloq: “Qoşunların Qazaxıstana tez girməsi kimi, tez də çıxması Qazaxıstanın böyük güclərin qurbanı olmasının qarşısını alan faktora çevrilməkdəir. Ona görə də KTMT qoşunlarının tez bir zamanda Qazaxıstandan çıxarılmasını ancaq alqışlamaq olar”.

“Bundan sonrası proseslər Tokayevin aparacağı sosial-iqtisadi siyasətdən, geosiyasi siyasətdən, eyni zamanda onun Qazaxıstandakı elitalar arasında düzgün mövqe seçməsində asılı olacaq”.

Bu sözləri Zaur Məmmədov KTMT qoşunlarının Qazaxıstanı tez tərk etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi KTMT qoşunları 2-3 gün Qazaxıstanda “sülhməramlı missiyanı yerinə yetirdikdən” sonra ölkədən çıxarılmağa başlayıb. Artıq Ermənistanın, Tacikistanın və Qırğızıstan hərbiçiləri Qazaxıstan ərazisini tərk edib. Rusiya və Belarus hərbiçiləri isə çaxmaqdadırlar. Ümumlikdə isə KTMT-nin Qazaxıstandakı “sülhməramlı” fəaliyyəti cəmi iki-üç gün çəkdi.

Qeyd edək ki, bu “sülhməramlı missiya” tarixdə ən qısa sürən missiyadır və böyük xərc çəkərək qoşunları və texnikanı Qazaxıstana yollamaq və iki gün sonra heç yerləşmədən Qazaxıstandan qoşunları çıxarmaq məntiqə belə sığmır.

Ola bilsin KTMT-nin (daha doğrusu rus ordusunun) sürətlə Qazaxıstana girdiyi kimi, “ayaqbasdı” tədbirlərindən sonra sürətlə də çıxması sürpriz oldu. Baş verənlərin fonunda ehtimal etmək olar ki, Putin rus qoşunlarının ölkədən çıxması müqabilində Tkayevdən istədiyini alıb və bundan sonrakı mərhələdə gündəmi məşğul etməmək və Tokayevin legitimliyinə kölgə salmamaq məqsədi ilə KTMT “sülhməramlılarını” Qazaxıstandan çıxmasını məqbul hesab edib. Bəs Putinin Qazaxıstandan istədikləri nə ola bilərdi?

Birincisi, Qazaxıstanın Belarus ssenarisi üzrə İttifaq Dövləti müqaviləsi imzalamasıdır: Putin Lukaşenkonun dili ilə artıq bunun mesajını verib və mümkündür ki, yaxın dövrdə məsələ gündəmə gəlsin;

İkincisi, rus mədəni təsirinin saxlanılmasıdır: rus dilinin rəsmi statusu qaytarılmasa belə, tədris prosesində genişləndiriləcəyi gözləniləndir. Tokayev də bildirdi ki, Rusiya texniki universitetlərinin Qazaxıstanda filialları açılacaq;

Üçüncüsü, Qazaxıstanda Rusiya hərbi bazası yaradıla bolər.

Bəs bu baş verənlərdən həm Rusiya adına, həm də digər KTMT ölkələri adına hansı nəticələri çıxarmaq olar?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Belə tez zaman kəsiyində orduların Qazaxıstandan çıxarılması da əslində anti-Rusiya meyillərin Qazaxıstanda və Mərkəzi Asiyada daha da artmasının bir qədər qarşısını aldı”.

Hər bir halda Qazaxıstan hadisələrini təhlükəli bir inkişaf xəttinə qədəm qoyduğunu xatırladan politoloq düşünür ki, bu təhlükə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün indinin özündə də çox böyük çağırışdır:

“Bu baş verənlər onun göstəricisi oldu ki, hansısa məqamda Qazaxıstandakı hadisələr cizgisindən çıxa və gələcəkdə Rusiya bu ölkəyə olan nəzarətini itirə bilərdi. Prezident Tokayevin hakimiyyətinə də ciddi şəkildə problem ortaya çıxmaqda idi və əgər lazımı addımlar atılmasaydı, Tokayevin hakimiyyətdə qala bilməsi imkansıza çevrilə bilərdi. Hadisələr başlayandan bir neçə gün sonra artıq demək olar ki, Qazaxıstanda nə polis, nə də ordu Tokayevin yanında durmurdu. Buna görə də Rusiyanın başçılığı ilə KTMT Qazaxıstandakı vəziyyəti nizama salmalı idi və bu da baş verdi. Əks təqdirdə doğrudan da Rusiyanın cənub sərhədinin böyük hissəsini əhatə eədən Qazaxıstan Moskvanın nüfuz dairəsindən tamamilə çıxa bilərdi.

Elitalar arasında olan mübarizədə bir elitanın digər elitaya qalib gəlməsi Qazaxıstanda yeni bir mərhələnin açılması ilə nəticələndi. Bundan sonrası proseslər isə Tokayevin aparacağı sosial-iqtisadi siyasətdən, geosiyasi siyasətdən, eyni zamanda onun Qazaxıstandakı elitalar arasında düzgün mövqe seçməsində asılı olacaq.

Zaur Məmmədov: “RusiyaABŞ arasındakı geosiyasi mübarizədə biz diqqətli olmalıyıq”.

Əgər Rusiya təkbaşına Qazaxıstana daxil olsaydı bu birmənalı qarşılanmayacaqdı. Rusiya Qazaxıstana təşkilat çərçivəsində digər ölkələrin ordusu ilə daxil olmaqla təcavüzkarlıq kimi damğalardan özünü bir qədər kənarlaşdırdı.

Belə tez zaman kəsiyində orduların Qazaxıstandan çıxarılması da əslində anti-Rusiya meyillərin Qazaxıstanda və Mərkəzi Asiyada daha da artmasının bir qədər qarşısını aldı.

Hər bir halda Qazaxıstan təhlükəli bir inkişaf xəttinə qədəm qoymuşdu. Bu təhlükə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə indinin özündə də çox böyük çağırışdır.

Sovetlərin dağılmasından sonra müstəqillik qazanan dövlətlər üçün qonşuluqda qlobal güc olmaq istəyən dövlətin güclənməsi onların milli və təhlükəsizlik maraqlarına ziddir. RusiyaABŞ arasındakı geosiyasi mübarizədə biz diqqətli olmalıyıq. Bu diqqətli olmaq ondan ibarət olmalıdır ki, hər hansı bu iki ölkənin oyununun qurbanı olmamalıyıq. Hələlik belə qurbanlar var. Qurbanlar Belarusiya, Ukrayna, Gürcüstandır. Qurbanın ardı Qazaxıstan timsalında gələ bilərdi. Amma qoşunların Qazaxıstana tez girməsi kimi, tez də çıxması Qazaxıstanın böyük güclərin qurbanı olmasının qarşısını alan faktora çevrilməkdəir. Ona görə də KTMT qoşunlarının tez bir zamanda Qazaxıstandan çıxarılmasını ancaq alqışlamaq olar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

“2023-cü ildə Putin olmayacaq...” - Dünyanı şəkilləndirən şəxslərdən biri olan Mİ-6-nın sabiq rəhbəri…

Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var — Fakt

Sahil Babayev son 3 ayda daha 23 min pensiyaçını “zərərsizləşdirdi” – Nemət Əliyev statistikanı açıqladı

Ukrayna necə aldadıldı? – ABŞ səfirindən ilginc cavab

Olmasaydı dünyada… – Bir daha elm, alim və təvazökarlıq barədə düşünərkən

Avropa İttifaqı Şurasının Prezidenti üçtərəfli görüşdən sonra mətbuata açıqlama verib - Video

Sürücülərin nəzərinə: Mühərrik yağları kəskin bahalaşdı - Video

“Aeroflot” sanksiyalara görə təyyarələrini ehtiyat hissələrinə ayıracaq - Blomberg

“İgid əsgər, möhkəm dayan” mahnısının həsr edildiyi Milli Qəhrəmanımızın doğum günüdür - Video

Rüstəm Muradov Ukraynada yaralandı, bacısı oğlu öldü - Foto

“Qarabağ”ın Çempionlar Liqasındakı bütün rəqibləri bilindi

“ŞTUTQART” mağazalar şəbəkəsi adını niyə dəyişir?

Ən çox oxunanalar