Cümə axşamı, 27 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Zakir Qaralov necə bilirdi ki, ekspertiza elə rəy verəcək, Ombudsmana belə məktub yazıb?”

“Yandırılmış meyit tapılanda yanında 6 kibrit dənəsi də olub. Sonradan onun 5-i yoxa çıxarıldı. Qalan 1 dənənin üstündəki əl izi də müəyyənləşdirilmədi. Əgər onun üstündə İlkinin əl izi olsaydı, onu çoxdan ortaya qoyardılar”.

Bunu Tovuz rayonunun Dondar Quşçu kəndinin sakini Adil Süleymanov bildirib.

O, həmin kənddə 2019-cu il noyabrın 21-də itkin düşüb, 2020-ci il yanvarın 6-da yandırılmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun qardaşıdır. Azyaşlı qızın ölümüylə bağlı məhkəmə araşdırmaları Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edir.

İlkin Süleymanovun yaxınları yanvarın 12-də jurnalistlərə açıqlamasında bildirib ki, Nərmin Quliyevanın meyiti yandırıldığı yerdən götürüləndən sonra azyaşlının atası Şərif Quliyev və daha bir neçə nəfər orada qazıntı apararaq, izləri itiriblər.

“Meyiti götürəndən sonra həmin yeri qazıblar. Bunu kənd adamları da görüb. Soruşublar ki, niyə belə eləyirsiz? Deyiblər ki, guya hadisə yerindən istintaqa torpaq nümunəsi vermək üçün eləyirlər. Əgər belədirsə, bu işi qızın atası Şərif Quliyev niyə eləməlidir, istintaqçılar qazmalıdır, nümunəni də onlar götürməlidir. Hər şey rəsmi şəkildə olmalıdır, protokollaşdırılmalıdır. Biz isə bilirik ki, o iş izlərin yoxa çıxarılması üçün edilib. Bu faktları istintaq görmürmü? Biz cinayət işi ilə tanış olanda o qədər ziddiyyətlər gördük ki”, deyə İlkin Süleymanovun əmisi oğlu Tariyel Süleymanov bildirib.

Qardaşı Adil Süleymanov isə İlkinin həbsindən az sonra o dövrdəki Baş prokuror Zakir Qaralovun Ombudsman Səbinə Əliyevaya məktubundan danışıb. Onun sözlərinə görə, ekspert rəyi 2020-ci il yanvarın 27-də hazır olduğu və fevralın 21-də prokurorluğa göndərildiyi halda, Zakir Qaralov yanvarın 22-də artıq həmin rəyə istinad edib. Söhbət Süleymanovların həyətindən divar və daşın üstündən qan ləkəsinin aşkarlanması və həmin qanın ikinci qrup olmasından gedir:

Zakir Qaralov Ombudsmana o cavabı yazanda ekspert rəyi yox idi. Belə çıxır ki, ya prokurorluq işçiləri o qanı həyətə özləri atmışdı, əvvəldən bilirdilər ki, hansı qrupdu, ya da əmin idilər ki, ekspertə göstəriş veriləcək, o da bunların dediyi kimi rəy verəcək. Yoxsa Zakir Qaralov hardan bilə bilərdi ki, ekspert nə rəy verəcək? Ekspertiza rəy vermişdi ki, daşın üstündəki qanın insana aid olub-olmadığı məlum deyil. Yəni bilinmir ki, heyvan qanıdı, toyuq qanıdı, nədi. Onlar yanvarın 8-də də bizim evdə axtarış aparmışdılar, heç nə tapmamışdılar. Sonra bizə xəbər çatdı ki, uşağın sırğasından tapıb bizim həyətə atmaq istəyirlər. Bu barədə müxtəlif orqanlara yazdıq, bu planı pozduq”.

“Cənab prezidentə səslənirik, qardaşımın azadlığını əlindən almaq üçün Zakir Qaralov başqa olmaqla, öz vəzifələrindən sui-istifadə ediblər. Biz Azərbaycan vətəndaşlarıyıq, qanun təkcə bir təbəqə üçün deyil”, – Adil Süleymanov deyib.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. (meydan tv)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elmlər Akademiyası başdan ayağa donqliləşib – Bütün rəhbərlik naxçıvanlıdır

Sahil Babayev həbs edilə bilər - 1000 nəfərin imzasıyla prezidentə, Baş Prokurorluğa, və  DTX-ya müraciət edildi

Vəfat edən şəxsin pensiya kapitalının taleyi parlamentdə müzakirə edilib

Deputat Mahir Abbaszadənin ev və maşın qiymətinə olan saatları

“Nazir töhmət alan müəllimdən üzr istəməlidir" - Millət vəkilindən etiraz

Keçmiş baş nazir Putini ölkəsinə qoşun yeritməyə çağırır - Onun adı Rusiya kəşfiyyatına işləyənlər arasındadır

NATO daxilində narazılıq artır: Bu ölkə qoşun göndərməyəcək!

Nazir generalın qardaşını Mirqafar Seyidova müavin təyin etdi

Maqsud Mahmudov tanınmış müğənnini videolarla şantaj edib

Ən çox oxunanalar