Çərşənbə, 28 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mədəniyyətimizin incisi Şuşa” - Fotolar

YAP Xətai rayon təşkilatının və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə bu adda rəsm sərgisi keçirilib

Bu il Qarabağ xanı Pənahəli xanın Şuşanın təməlini qoymasından 270 il ötür. Ölkə başçısı İlham Əliyev bu şanlı tarix münasibətilə, eləcə də Şuşanın bərpasını sürətləndirmək məqsədilə cari ili “Şuşa İli” elan etdi. Təkcə Azərbaycanın deyil, həm də bütün Qafqazın incisi, tacı olan, mədəniyyət paytaxtımız adlandırılan bu qala-şəhər hər birimiz üçün müqəddəs və doğma məkan kimi sevilir. 2022-ci ilin “Şuşa İli” elan edilməsi ölkə ictimaiyyəti tərəfindən böyük sevinc və razılıqla qarşılanıb.

Yanvarın 13-də Xətai Sənət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Mədəniyyətimizin incisi Şuşa" adlı rəsm sərgisi keçirilib.

“Gənc tərtibatçı rəssamlar” dərnəyi üzvlərinin Vətən müharibəsi dövründə təşkil olunmuş sərgi və müsabiqələrdə fəal iştirak edərək müxtəlif nailiyyətlər əldə edən şagirdlərinin çəkdikləri rəsmlərə baxış keçirildikdən sonra 2 nömərəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, YAP Xətai rayon təşkilatının Xudu Məmmədov 37 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Əminə Musayeva dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Şuşa İli” elan edilən 2022-ci il çərçivəsində keçiriləcək tədbirlərin, rəsm sərgilərinin Qarabağın tacının təqdimatına böyük töhfə olacağını bildirib. Diqqətə çatdırılıb ki, “gənc tərtibatçı rəssamlar” dərnəyi üzvlərinin rənglərin dili ilə Şuşanın gözəlliyini tərənnüm etmələri qürurvericidir. Ə.Musayeva “gənc tərtibatçı rəssamlar”a və onların valideynlərinə təşəkkürlərini ifadə edib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə sərgidə yaradıcılıq nümunələri nümayiş etdirən gənc rəssamları təbrik edib, onların müəllimlərinə və valideynlərinə minnətdarlığını çatdırıb. Bildirib ki, bugünkü tədbir mənəvi dünyamızı daha da zənginləşdirdi və bu dünyamıza yeni çalarlar əlavə etdi: “Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi olduqca qürurvericidir. 28 il işğal altında olan, amma hər daşı, qayası ilə tariximizi, milli kimliyimizi, mənliyimizi qoruyub yaşadan Qarabağın tacı bir ildən artıqdır ki, azaddır. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşamızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. “Şuşa İli” ilə bağlı imzalanan Sərəncamda da qeyd olunduğu kimi, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə parlaq səhifələr yazmışdır. Tarixi Zəfərimizdən, Şuşa qalibyyətindən sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına da başlanıldı. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır. Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti, yüksək mədəni- mənəvi dəyəri nəzərə alınaraq 2022-ci ilin “Şuşa İli” elan edilməsi harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır.”

Vüqar Rəhimzadə qeyd edib ki, il çərçivəsində keçiriləcək rəngarəng tədbirlər bir daha Şuşanın tarixinin, tarixən Azərbaycan xalqına məxsusluğunun dünyaya təqdimatında əhəmiyyətli rol oynayacaq. YAP Xətai rayon təşkilatının sədri belə tədbirlərin əhəmiyyətindən də geniş bəhs edərək bildirib ki, gənc rəssamların yaratdıqları əsərlərin hər bir Şuşanın gözəlliyinin təqdimatıdır.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Xudu Məmmədov 37 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musayevaya “Mədəniyyətimizin incisi Şuşa” rəsm müsabiqəsinin təşklində fəal iştirakına görə rayon təşkilatının Fəxri fərmanını təqdim edib.

“Təbəssüm” rəqs qrupu “Qarabağım” və “Sarı gəlin” rəqslərini, Vokal qrupu isə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısını ifa ediblər.

Sonda “gənc tərtibatçı rəssamlar” dərnəyinin üzvləri Vətən müharibəsi dövründə təşkil olunmuş sərgi və müsabiqələrdə fəal iştirak etdiklərinə görə diplom və “Təşəkkürnamə”lərlə mükafatlandırılıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Neftçalada şəhid dəfnində İran təxribatı - Video

Həbs edilən keçmiş MTN naziri azadlığa çıxdı

Paşinyan Azərbaycana yeni xəritə təklif etdi - Video

8 milyonluq mənimsəmə - Müdafiə Nazirliyinin daha bir maliyyə xidməti rəisi həbs edildi

Azərbaycanda dəhşət: Ata və ana birləşib qızlarını “kislota”lı əski ilə yandırdılar

On dörd gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb - Fotolar

İranın 44 günlük müharibə zamanı Azərbaycan əleyhinə plan hazırladığı ortaya çıxdı

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət etdi - Yenilənib

Prezident və birinci xanım Füzuliyə səfər edib - Fotolar, Yenilənib

Ən çox oxunanalar